• Rus Dili
  • Reklam
    » » Musiqinin dünyada rolu
    

    Musiqinin dünyada rolu

    14-02-2017, 15:22
    Oxunub: 1 685
    Şərhlər: 5
    Çap versiyası
    Musiqinin dünyada roluMusiqinin dünyada rolu

    Hər bir xalqın mədəniyyəti o xalqın musiqisi ilə ölçülür. Musiqi ən uğurlu təbliğat növüdür. Musiqi dövləti təbliğ edir, dünyaya tanıdır. Hər hansısa dövlət başçısı digər dövlətə gedirsə onu ilk qarşılayan hərbi orkestr olur və səslənən dövlətlərin himni olur.

    Müharibələr zamanı ordunu ruhlandırılmaq üçün də musiqidən istifadə olunur. Bu zaman marş üslubunda bəstələnən musiqilərə üstünlük verilir. Azərbaycan musiqisində Üzeyir Hacıbəyli, Qara Qarayev və bir çox bəstəkarlar marş janrının inkişafına böyük töhfələr veriblər. Marş təkcə hərbiyə aid deyil. Digər sahələrə də həsr olunmuş marş nümunələrinə rast gəlmək olar. Müslüm Maqamayevin "Radio marşı" buna misaldır.

    Kino filimlərin baxımlı olmağında əsas yeri filmə yazılmış musiqi tutur.
    Dinimizdə musiqinin böyük önəmi var. İstər Azan, istərsə də Qurani-Kərim avaz üstə oxunur.
    Tarixdə hər hansı bir xalqı zəiflətmək üçün onun folklorunun məhvindən başlanılır. Buna nümunə olaraq sovet dövründə milli musiqi alətlərimiz olan tarın, kamançanın və s üzləşdiyi qadağaları göstərmək olar. Böyük şarimiz Mikayıl Müşfiq "Tar" şerinə görə təqib olunub və öldürülüb.

    Musiqiçinin topladığı dinləyicini heç bir peşə sahibi toplaya bilməz. Təkcə onu vurğulamaq kifayətdir ki, hər hansı bir prezidentliyə, deputatlığa və s namizəd öz sözünü daha çox insana çatdırmaq üçün konsertlər təşkil edərək musiqiçilərin köməyindən istifadə edir. Dövlətlərarası münasibətlərdə rəsmi hissədən sonra bədii hissəyə önəm verilir.
    Cəmiyyətin səviyyəsində musiqinin önəmi böyükdür. Cəmiyyət özünü inkişaf etdirmək üçün mütləq musiqiyə önəm verməlidir. Odur ki, musiqiyə hər zaman dövlət qayğısı olmalı, musiqi məktəblərində musiqiçilərin yetişməsində böyük əziyyət çəkən müəllimlərə yüksək qayğı göstərilməlidir.

    Musiqi şeri mütləq tamamlamalıdır. Əks təqdirdə şer öz əhəmiyyətini itirər. Buna misal olaraq Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şerini göstərmək olar. Üzeyir bəy bu şerə o qədər mükəmməl musiqi bəstələyib ki, şeir daha da qüvvətlənib. Bu və digər bu kimi musiqilər vətənpərvərliyi, vətənə bağlılığı artırır, vətənə sonsuz sevgi aşılayır.



    Yazar: Emin Məmmədliскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (5)
    
    yegane 14 fevral 2017 17:38
    Emin bey o qeder onemlu noqtelere toxunmusuz ki.ureyimizde qalanlari siz qeleme almisoz.heqiqeten de bir xalqi mehv etmek isteyende 1 ci onun medejiyyeti musiqisi mehv edilir.musiqini tebliq edenlere qayqi problemini o qeder yerinde vurqulamisi.ki.cox beyendim.qeleminize saqliq
              1
    комментариев публикаций
    
    Elnur 15 fevral 2017 21:07
    Emil qardaşım çox sağol ki belə lazımlı məsələləri qeyd etdin.
    Təşəkkürlər qardaşım.
    Sənə uğurlar
              2
    комментариев публикаций
    
    Aqil Qazi 16 mart 2017 10:53
    Cox xosuma geldi. Var olasiz.
              3
    комментариев публикаций
    
    Hasret 27 aprel 2017 13:21
    Cox xosuma geldi. Davamli olsun.
              4
    комментариев публикаций
    
    flyen 29 iyun 2017 12:27
    The song celebrates the launch of Longchamp Outlet Alexa Chung’s eponoymous brand, and is classic Mike Skinner. The video shows Alexa Chung narrating her way through Cheap Longchamp Ireland, from the iconic Lismore Castle (The Irish seat of The Cavendish family - of Chatsworth fame) to Longchamp Outlet Online the dive bars of Cork, wearing selected looks from her debut collection
              5
    комментариев публикаций