• Rus Dili
  • Reklam
    » » Ağ Partiya başqanını birinci müavini, birinci vitse-prezident təyinatına münasibət bildirdi
    

    Ağ Partiya başqanını birinci müavini, birinci vitse-prezident təyinatına münasibət bildirdi

    21-02-2017, 17:24
    Oxunub: 1 501
    Şərhlər: 0
    Çap versiyası
    Ağ Partiya başqanını birinci müavini, birinci vitse-prezident təyinatına münasibət bildirdi
    Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli, İlham Əliyevin birinci vitse-prezident təyinatına münasibət bildirib. Həmin münasibəti diqqətinizə çatdırırıq;

    "Əslində bu təyinat çox məsələlərdən xəbər verir. Hakimiyyətdəki rus yönümlü şahinlər ciddi zərbə aldılar. Bu təyinat Azərbaycanda siyasi dəngələrin bütövlüklə dəyişəcəyindən xəbər verir. Ənənəvi müxalifətə də ciddi zərbə dəydi. Hakimiyyət daxili onlara süni nəfəs verən qrupun mövqeləri bu təyinatla zəiflədi. Bu da özlüyündə həmçinin Rusiyaya bir cavab idi. Rusiyanın Qarabağ siyasətində ermənilərə həyasıscasına açıq dəstəyi göz qabağındadır. Ermənilər ruslardan razılıq almasaydı indiki məqamda durub Qarabağın adını "Artsaxa" dəyişməyə cəsarət etməzdilər. Bu da ondan xəbər verir ki, İlham Əliyev bu təyinatı Qərblə razılaşdırıb. Təbii Türkiyənində bu təyinatdan əvvəlcədən xəbəri olub. İkinci varis planı işə düşdü. Amma, bu varis planının birinci varis planından fərqi odur ki, burada çox güman ki, Rusiya oyundan kənar vəziyyətdə qalıb. Bu da o deməkdir ki, Rusiyanın ölkənin daxilini çalxayacaq provakasiyalarına hazır olmalıyıq. Həmçinin 2003-cü ildəki varis planından fərqli, 2018-ci ildə keçiriləcək prezident seçkilərində hakimiyyət monolit şəkildə Mehriban Əliyevanın ətrafında birləşməyəcək. Bütün baş verənlərə rəğmən biz müxalifət olaraq 2003-cü ildən fərqli bu varis planının 2018-ci ildə baş tutmaması üçün bu dəfə cəsarətli liderlə çıxmalıyıq".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.