• Rus Dili
  • Reklam
    » » Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq
    

    Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq

    23-02-2017, 08:45
    Oxunub: 270
    Şərhlər: 0
    Çap versiyası
    Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaqABŞ prezidenti Donald Tramp fevralın 24-də miqrasiya ilə bağlı yeni fərman imzalayacaq.
    APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalına Ağ Evdən bildiriblər. Məlumata əsasən, yeni fərmanla ABŞ ərazisinə daxil olan və burada yaşayan miqrantlara qarşı yoxlamaların sərtləşdirilməsi gözlənilir.

    Bundan əvvəl Tramp administrasiyası yanvarın sonunda hakimin qərarından məhkəməyə apelyasiya şikayəti verməkdən müvəqqəti olaraq imtina edib.
    Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.