• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : İqtisadi münasibətlər bu iki böyük qonşu arasında yüksək səviyyədədir. Siyasi münasibətlərdə isə ciddi fikir ayrılıqları var”.
    

    Əhəd Məmmədli : İqtisadi münasibətlər bu iki böyük qonşu arasında yüksək səviyyədədir. Siyasi münasibətlərdə isə ciddi fikir ayrılıqları var”.

    6-03-2017, 14:39
    Oxunub: 479
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli :  İqtisadi münasibətlər bu iki böyük qonşu arasında yüksək səviyyədədir. Siyasi münasibətlərdə isə ciddi fikir ayrılıqları var”.
    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Rusiya və Türkiyənin hər birinin öz maraqları olduğu üçün bu görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələr gözləmək olmaz: “Türkiyə -Rusiya münasibətlərinin istiləşməsi regionda sülhün, sabitliyin təminatçısı ola bilər. Lakin elə açar mövzular var ki, orada Türkiyənin də, Rusiyanın da güzəştə getməsi qeyri-mümkündür. Ona görə Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ probleminin həlli yönündə hər hansı müsbət nəticə gözləmirəm. Çünki Türkiyə təbii müttəfiqi Azərbaycanın, Rusiya isə strateji müttəfiqi Ermənistanın maraqlarını müdafiə etməyə məhkumdur. Bu görüşün ən çox əhəmiyyəti Türkiyə və Rusiya üçündür. Çünki hər iki ölkə çətin dövrlərini yaşayır. Qərbin Türkiyəyə siyasi basqıları, eləcə də, Rusiyaya yönəlik iqtisadi sanksiyalar, bir növ Türkiyə ilə Rusiyanı bir-birinin qucağına atdı. Amma Türkiyə -Rusiya münasibətləri siyasidən daha çox iqtisadi təsirli yaxınlaşmadı. Yuxarıda qeyd etdiyim kimi, bir neçə açar problem var, məsələn Azərbaycan -Ermənistan münaqişəsi, Krımın ilhaqı, Suriyada vətəndaş müharibəsi və bu mövzularda hər iki tərəfin digərinə güzəşti mümkünsüzdür. Hesab etmirəm ki bu görüş referendumla bağlıdır. Ən çox türkiyəli Almaniyadadır. Referendumla bağlı ora belə Ərdoğan öz nazirlərini göndərir. Ona görə düşünmürəm ki, Rusiya səfəri referendumla bağlı olsun. Daha çox iqtisadi projelər və Suriya məsələsinə görə səfər olacaq. Heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi və son bir ildə Azərbaycan -Ermənistan sərhədindəki gərginlik də müzakirə ediləcək. Türkiyə -Rusiya münasibətlərinə həmişə iki aspektdən baxmaq lazımdır: iqtisadi və siyasi. İqtisadi münasibətlər bu iki böyük qonşu arasında yüksək səviyyədədir. Siyasi münasibətlərdə isə ciddi fikir ayrılıqları var”. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.