Bəzi tənqidçi saytların açılmamasının səbəbi nədir? » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Bəzi tənqidçi saytların açılmamasının səbəbi nədir?
    

    Bəzi tənqidçi saytların açılmamasının səbəbi nədir?

    31-03-2017, 20:22
    Oxunub: 162
    Şərhlər: 0
    Çap versiyası
    Bəzi tənqidçi saytların açılmamasının səbəbi nədir?

    Martın 27-dən etibarən Azərbaycanda bəzi provayderlərdən azadliq.org, meydan tv və azadliq.info saytlarına daxil olmaq çətinləşib. Bu hal martın 28-də də təkrarlanıb. Məsələ ilə bağlı AzadliqRadiosunun sosial şəbəkə üzərindən yaydığı bəyanatda bildirilir ki, problemin nədən yarandığını müəyyən etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər. Lakin problem öz həllini tapmayıb.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəllər də onlara sözügedən saytların bloklanması ilə bağlı məlumatlar daxil olub, ancaq sonradan bu məlumatlar təsdiqini tapmayıb: “Bizdə hansısa saytların bloklanması haqda məlumat yoxdur. Xəbərlər yayırlar ki, hansısa saytlar bloklanıb, giriş mümkün deyil. Üstündən yarım saat, bir saat keçir, növbəti xəbər yayırlar ki, problem aradan qalxıb. Yəni saytların bloklanması ilə bağlı xəbərlər təsdiqini tapmır”.
    Saytların xarici ölkələrdə olan oxucuları isə sosial şəbəkələrdə qeyd ediblər ki, bloklandığı söylənilən saytlara rahat şəkildə daxil ola bilirlər.

    Onu da qeyd edək ki, ölkə ərazisindən də bəzi provayderlər vasitəsilə sözügedən saytlara daxil olmaq mümkündür. Məsələn, “citynet”, “uninet” istifadəçiləri qeyd olunan saytlara daxil ola bilirlər. “Bakinternet”, “connect” istifadəçilərində isə bu, mümkün deyil. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.