• Rus Dili
  • Reklam
    » » Ermənistanda seçki bitdi - Amerikadan gəlmiş diaspor üzvü hakimiyyəti ifşa etdi
    

    Ermənistanda seçki bitdi - Amerikadan gəlmiş diaspor üzvü hakimiyyəti ifşa etdi

    2-04-2017, 22:57
    Oxunub: 113
    Şərhlər: 0
    Çap versiyası
    Ermənistanda seçki bitdi - Amerikadan gəlmiş diaspor üzvü hakimiyyəti ifşa etdi
    Ermənistanda yerli vaxtla saat 20:00-da parlament seçkilərinə səsvermə yekunlaşıb və məntəqələrin qapıları bağlanıb.

    Musavat.com erməni mediasına istinadən xəbər verir ki, artıq səslərin sayılması prosesi başlayıb. Saat 21:00-da Ermənistanın Mərkəzi Seçki Komissiyası səsvermədəki seçici fəallığı ilə bağlı növbəti məlumatla çıxış edəcək. MSK sədri Armen Smbatyanın
    saat 17:00-da yaydığı məlumata görə, bu göstərici 50,93 faiz olub.

    5 siyasi partiya, 4 blokun iştirak etdiyi seçkidə kütləvi qanun pozuntuları qeydə alınıb. İlkin məlumatlara görə, prokurorluğa 1700 fakt təqdim olunub. Amma bu, son deyil. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.

    Hətta seçkiləri izləməyə gəlmiş kanadalı rejissor Atom Eqoyan və amerikalı erməni mənşəli ssenarist Erik Nazaryan da saxtakarlıqlardan heyrətə gəldiklərini deyiblər. 6 seçki məntəqəsində qanun pozuntularını qeydə alan xarici müşahidəçilər əllərindəki faktları canlı yayımda nümayiş etdiriblər. “Seçkini izləyən erməni diasporunun nüqmayəndələri İcevan, Berkaber, Ovke, Qoşe, Aqartsinda olublar”-Eqoyan deyib. Dediyinə görə, Qoşedə əsl xaos hökm sürürmüş. Bildirib ki, əllərində çoxlu video və foto materiallar var, sonrakı günlərdə hamısını ictimailəşdirəcəklər.

    Görünən budur ki, onsuz da çətin günlərini yaşayan Serj Sərksiyan erməni diasporundan aldığı dəstəyi də itirib. Əks təqdirdə diasporanın Amerika nümayəndəsi onun saxtakarlığını ifşa etməzdi.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.