• Rus Dili
  • Reklam
    » » Rusiya və Fransa aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib
    

    Rusiya və Fransa aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib

    5-04-2017, 20:45
    Oxunub: 445
    Şərhlər: 0
    Çap versiyası
    Rusiya və Fransa aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib
    Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.

    Onun sözlərinə görə, həmsədrlər və digər vasitəçilər tərəflərin danışıqlar prosesinə qayıtması üçün əllərindən gələni ediblər: "2016-cı ilin Vyana və Sankt-Peterburq sammitləri bu münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər".
    M. Zaxarova bu istiqamətdə işin davam etdirildiyini də bildirib.

    “Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”.

    APA-nın məlumatına görə, bu barədə Fransanın ATƏT yanındakı daimi nümayəndəliyinin ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanatında deyilir.

    Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa digər həmsədr ölkələr olan Rusiya və ABŞ-la birlikdə atəşkəsin yenidən bərpası və Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün çalışıb: “Fransa tərəfləri ötən il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda yüksək səviyyədə götürülmüş öhdəlikləri, xüsusilə atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin gücləndirilməsi və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə Parisdə keçirdiyi son görüşlərində də dediyi kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiqdir”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.