• Rus Dili
  • Reklam
    » » Bakıda bu qəbirlər kameralarla qorunur - VİDEO
    

    Bakıda bu qəbirlər kameralarla qorunur - VİDEO

    6-04-2017, 21:27
    Oxunub: 689
    Şərhlər: 0
    Çap versiyası

    Azərbaycanda qəbirlərə kameralar quraşdırılıb.
    Publika.az femida.az-a istinadən xəbər verir ki, Səbail rayonunda yerləşən “Qurd qapısı” adlandırılan şəhər qəbiristanlığında bu tip məzarlara rast gəlmək mümkündür. Camaat arasında bura varlıların qəbiristanlığı da adlandırılır. Bu da səbəbsiz deyil. Çünki, qəbiristanlıqda məzarlar daha dəbdəbəli və bahalı materiallardan istifadə edilməklə hazırlanır.
    Çəkiliş apardığımız müddətdə bəzi məzarlarda təhlükəsizlik kameralarının quraşdırıldığının şahidi olduq. Qəbiristanlıq işçiləri deyir ki, kameralar qəbir sahibləri tərəfindən quraşdırılır. Onlar bunu məzar daşlarının bahalı olması və qəbirlərin üzərinə qoyulan güllərin oğurlanması ilə izah edir.
    Şəhər qəbiristanlığında heykəli qoyulmuş gəlin məzarından tutmuş, uşaq beşiyi formasında məzara, heykəllərə və günbəzlərə də rast gəlmək mümkündür. Qəbir daşlarının qiymətinə gəldikdə isə bir sadə qəbir daşı 3 min manatdan, 6 min manata qədər dəyişə bilir.
    Qəbiristanlıqda bəzi məzarların sahibsizlikdən dağıldığını, bəzi yerlərin isə indidən hasarlandığını da görmək olar.
    Qəbiristanlıq işçilərinin sözlərinə görə, həmin hasarlanmış ərazilərin öz sahibi var, Bəzən belə yerlər bir neçə il əvvəl alınır və hasarlanır. Görünür, sağlığında özünə qəbir qazdıranlar ölülərinə qəbir qazdıranlardan daha çoxdur.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.