Türkiyə Konstitusiyasında bunlar dəyişdi - 18 maddədə » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Türkiyə Konstitusiyasında bunlar dəyişdi - 18 maddədə
    

    Türkiyə Konstitusiyasında bunlar dəyişdi - 18 maddədə

    18-04-2017, 00:14
    Oxunub: 1 212
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə Konstitusiyasında bunlar dəyişdi - 18 maddədə

    Türkiyədə ötən gün keçirilən və seçicilərin 51.2 faiz səsini alan Konstitusiya dəyişikliyində nələr nəzərdə tutulub?

    Prezident üsul-idarəsinə keçən Türkiyənin ötən gün referendumla dəyişdirdiyi 18 maddəni təqdim edirik.

    1. Türkiyə Cumhuriyyəti Ana Yasasının 9-cu maddəsinə "müstəqil" ifadəsindən sonra “və tərəfsiz” ifadəsi də daxil edilir.

    2. Parlamentdə deputatların sayı 550-dən 600-ə çatdırılacaq. (Maddə 75)

    3. Parlament seçkilərində iştirak etmək üçün yaş senzi 25-dən 18-ə endirilib, həqiqi hərbi xidmətdə olmaq tələbi ləğv olunub. Silahlı Qüvvələrə aidiyyatı olan şəxslərin seçkilərdə namizəd olmamaları qadağan olunub. (Maddə 76)

    4. Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Parlament və prezident seçkiləri hər 5 ildən bir eyni gündə baş tutmalıdır. (Maddə 77)

    5. Parlamentin nazirləri sorğu-sual etmələri, hökuməti cavabdehliyə çağırması ləğv olunur. Bu maddəyə görə parlamentin vəzifə və səlahiyyətləri bunlardır: Qanun qəbul etmək, dəyişdirmək və ləğv etmək; büdcə ilə bağlı müzakirələr aparmaq; pulun tədavülə buraxılması və müharibə elan etmək; TBMM üzvlərinin 5-də 3-nün səs çoxluğu ilə əfv qərarı qəbul etmək. (Maddə 87)

    6. Nazirlərin parlamentin suallarına şifahi cavab verməsi qaydası ləğv olunur. Bu maddəyə görəTürkiyə Böyük Millət Məclisi; Məclis araşdırması, ümumi görüş, məclis araşdırması və yazılı sual yollarıyla tanış olma və nəzarət etmə səlahiyyətini istifadə edir. Məclis araşdırması, müəyyən bir mövzuda məlumat almaq üçün aparılan araşdırmadan ibarətdir. Ümumi görüş, cəmiyyəti və Dövlət fəaliyyətlərini maraqlandıran müəyyən bir məsələnin TBMM Baş Məclisində görüşməsidir. Məclis araşdırması, Prezident müavinləri və nazirlər haqqında 106-cı maddənin beşinci, altıncı və yeddinci bəndləri əsasında aparılan araşdırmadan ibarətdir.
    Yazılı sual; Yazılı olaraq ən geci on beş gün içində cavablandırmaq üçün millət vəkillərinin, Prezident köməkçiləri və nazirlərə yazılı sual vermələrindən ibarətdir. Məclis araşdırması, ümumi görüş və yazılı sual düzəlişlərinin verilməsi forması, məzmunu və miqyası ilə tədqiqat üsulları Məclis İçtüzük-ü ilə tənzimlənir". (Maddə 98)

    7. Prezidentliyə namizəd olmaq üçün hər bir şəxs azı 5% səs toplamış partiyanın dəstəyini qazanmalıdır. Prezident daha siyasi partiyada üzvlüyünü dayandırmalı deyil. Prezident seçilən şəxsin partiyası ilə əlaqəsinin kəsilməsi ilə bağlı qüvvədə olan qanun ləğv edilir. Belə ki, bundan sonra prezidentin qanunun maddələrindən irəli gələn səlahiyyət çərçivəsində mənsub olduğu siyasi partiya ilə əlaqə qurması mümkün hala gəlir. Bir şəxs ən çox iki dəfə prezident seçilə bilər. (Maddə 101)

    [b]8.
    Prezident dövlət və hökumət başçısı olaraq nazirləri və vitse-prezidentləri təyin etmkə yaxud vəzifədən azad etmək səlahiyyətinə malikdir. Prezident referendum təşkil etmək hüququna malikdir. Prezidentin vəzifə və səlahiyyətlərinə dəyişiklik edilir. Prezident dövlət başçısı olur; (Maddə 104)

    9. Parlament prezidentin cinayət əməli haqda yalnız o zaman araşdırmaya başlaya bilər ki, buna deputatların beşdə üçü səs versin. TBMM üzvlərinin mütləq çoxluğunun gizli səsverməsi nəticəsində cinayət işinin başlanılması mümkündür. (Maddə 105)

    10. Prezident bir və ya bir neçə vitse-prezident təyin edə bilər. Əgər prezident postu vakantdırsa, onda seçkilər 45 gün ərzində keçirilir. Əgər parlanent seçkilərinin vaxtı növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixdən 1 ildən az vaxt ayırırsa, onda parlament seçkiləri də prezident seçkiləri ilə eyni gündə keçirilir. Lakin əgər parlanetin müddəti növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixdən 1 ildən çox sonra keçiriləcəksə, onda prezident parlamnentlə onların səlahiyyət müddəti başa çatana qədər işləyir və sonra yeni seçkilər keçirilir. Bu müddət prezidentə verilən 2 seçki müddətinin biri sayılmır. (Maddə 106)

    11. Prezident və parlamentin beşdə üç hissəsi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verə bilər. Bu zaman həm parlament, həm də prezident seçkiləri baş tutur. Dəyişikliyə qəbul edilən maddə belədir: -Türkiyə Böyük Millət Məclisi üzvlərinin tam sayının beşdə üç hissəsi yeni seçkilərin keçirilməsinə qərar verə bilər. Bu halda TBMM seçkisi ilə Prezident seçkisi birlikdə keçirilir.
    Prezident yeni seçkilərin keçirilməsinə qərar verərsə, TBMM seçkisi ilə prezident seçkisi birlikdə keçirilir. (Yəni, prezident parlamenti buraxarsa özü də istefaya getmiş olur.)
    Prezidentin ikinci dövründə əgər Məclis tərəfindən yeni seçkilərin keçirilməsinə qərar verilərsə, Prezident bir dəfə daha namizəd ola bilər. Yeni seçkilərinin birlikdə keçirilməsinə qərar verilən Məclisin və Prezidentin səlahiyyət və vəzifələri, yeni Məclisin və Prezidentin vəzifəyə başlamasına qədər davam edir.
    Bu şəkildə seçilən Məclis və Prezidentin səlahiyyət müddətləri də beş ildir". (Maddə 116)

    12. Fövqəladə vəziyyət elan etmək səlahiyyəti prezidentə məxsusdur lakin parlamentin razılığını tələb edir. (Maddə 119)

    13. Cəza məhkəmələrindən əlavə hərbi məhkəmələr olmayacaq.Hakimlər və Prokurorlar Ali Şurasının strukturu dəyişəcək (Maddə 142)

    14. Hakim və prokuror ittifaqının islahatı aparılır. Onun üzvlərinin sayı 22-dən 13-ə endirilir. Onların 4-ü prezident, 7-si parlament tərəfindən təyin olunur. Namizədlər təsdiqlənmək üçün birinci turda deputatların üçdə ikisinin (400), ikinci turda isə beşdə üçünün (360) dəstəyini almaq lazımdır. Şuranın digər iki üzvü - ədliyyə naziri və onun müavinidir. Hakim və prokuror ittifaqının rəhbəri ədliyyə naziridir. (Maddə 159)

    15. Prezident fiksal ilin başlanmasına 75 gündən az vaxt qalmamış parlamentə büdcə layihəsini təqdim edir. Əgər büdcə qəbul olunmazsa, müvəqqəti büdcə fəaliyyət başlayır. Müvəqqəti büdcə də ləğv olunarsa, ötən ilki büdcə qüvvəyə minir. İqtisadi təşəbbüslər xaricində dövlət idarələrində çalışan hüquqi şəxslərinin xərcləri illik büdcədən ödənəcək; (Maddə 161)

    16. Təklif edilən sistem dəyişikliyi ilə bağlı konstitusiyanın fərqli maddələrində olan söz və ifadələr dəyişdirilir;

    17. Növbəti parlament və prezident seçkiləri 2019-cu il noybarın 3-də keçiriləcək. Əgər parlament vaxtından əvvəl seçkilər keçirərsə, onda prezident seçkiləri də vaxtından əvvəl baş tutmalıdır. Hakim və prokuror ittifaqının üzvlərinin təsdiqi bu qanunun təsdiqindən 30 gün sonra təyin olunmalıdır. Qanun qüvvəyə mindiyi andan hərbi məhkəmələr öz gücünü itirir.

    18. 7-ci və 13-cü maddədəki dəyişliklər prezident vəzifəsinin icrasına başlanıldıqdan sonra qüvvəyə minəcək.



    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.