• Rus Dili
  • Reklam
    » » PKK Qərbə yalvardı: Bizi Türkiyədən qoruyun
    

    PKK Qərbə yalvardı: Bizi Türkiyədən qoruyun

    5-05-2017, 18:23
    Oxunub: 120
    Şərhlər: 0
    Çap versiyası
    PKK Qərbə yalvardı: Bizi Türkiyədən qoruyun
    Bu gün Türkiyə Suriyaya qarşı hava əməliyyatı keçirdi, kim bilir, sabah nə edəcək!

    Bu sözləri Sputnik-ə YPG terror təşkilatının qadın qolu olan YPJ-nin nümayəndəsi Nəsrin Abdullah deyib.

    "Biz hava hücümlarına qarşı qalxanlar istəyirik. Müdafiə zəmanəti tələb edirik. Bu gün Türkiyə hava əməliyyatı keçirdi, kim bilir, sabah nə edəcək! Koalisiya bu barədə qabaqcadan tədbirlər görməli və bizim azad etdiyimiz yerləri qorumalıdır", - deyə o açıqlamasında söyləyib.

    Abdullah Türkiyənin hava zərbələrinin Suriya daxilində böhran yaradacağını bildirib. O, bu məsələdə koalisiya qüvvələrindən hərbi yardım istəyib.

    Qeyd edək ki, dünən Astanada Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında Rusiya, Türkiyə və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

    Suriyalı müxaliflər memorandum qarşı çıxıblar. (axar.az)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.