• Rus Dili
  • Reklam
    » » Fətullah Güləndən Türkiyəyə qarşı misli görünməyən xəyanət : NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırdı
    

    Fətullah Güləndən Türkiyəyə qarşı misli görünməyən xəyanət : NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırdı

    17-05-2017, 17:12
    Oxunub: 796
    Şərhlər: 0
    Çap versiyası
    Fətullah Güləndən Türkiyəyə qarşı misli görünməyən xəyanət : NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırdı
    FETÖ lideri Fətullah Gülən “Vaşinqton Post”da qələmə aldığı yazısında, Türkiyədə demokratiyanın təhlükədə olduğunu iddia edərək, NATO-nu müdaxiləyə çağırıb.
    Türkiyə prezidenti Ərdoğanın ABŞ prezidenti Trampla görüşdüyü gün nəşr olunan “Artıq tanımadığım Türkiyə” başlıqlı yazıda Gülən 15 iyul dövlət çevrilişindən sonra, çevrilişçilərə qarşı həyata keçrilən əməliyyatları “üzücü” adlandırıb.
    15 iyul dövlət çevrilişi cəhdinin rəhbəri kimi tanınan Fətullah Gülən Türkiyədə demokratiyanın təhlükədə olduğunu iddia edərək, NATO-nu təcili müdaxilə etməyə çağırıb.
    FETÖ lideri yazısında Türkiyə xalqının avropalılardan kömək gözlədiyini iddia edərək, NATO-nu “türk xalqını xilas etməyə” çağırıb.
    “Bu NATO-nun məsuliyyətidir. Yəqin ki, Türkiyənin nümunəvi demokratik dövlət olduğu günü görəcək qədər çox yaşamayacam. Ancaq çox gec olmadan bu avtoritarizmin azalması üçün dua edirəm” deyə FETO lideri yazısında qeyd edib.
    Xatırladaq ki, Fətullah Gülən Türkiyədə terror təşkilatının lideri kimi tanınır. FETÖ lideri Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur. O. ABŞ-ın Pensilvaniya ştatında xüsusi qorunma altında nəhəng malikanəsində yaşayır. (avropa.info)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.