• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı ABŞ səfirinin müşaviri ilə görüşüb
    

    Tural Abbaslı ABŞ səfirinin müşaviri ilə görüşüb

    1-06-2017, 18:38
    Oxunub: 343
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı ABŞ səfirinin müşaviri ilə görüşüb

    Tural Abbaslı: “Belə görüşləri yüksək qiymətləndirirəm”

    Bu gün AĞ Partiya başqanı Tural Abbaslı ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ilə görüşüb. Partiya sədri müşavirin dəvəti ilə səfirlikdə olub. Bir saatdan artıq keçən görüşdə Azərbaycan siyasətindəki durum və digər bu kimi məsələlər müzakirə edilib.

    Bu barədə müsavat.com-a məlumat verən T.Abbaslı bunları dedi:
    “Görüş əsasən, Azərbaycanın ictimai-siyasi vəziyyəti ilə bağlı idi. Son durumla bağlı ümumi söhbətimiz oldu. Görüş bir saatdan artıq keçdi. Müşavirin özü rəsmi dəvət göndərmişdi. Bugünkü vəziyyətlə bağlı düşüncələrimizi, partiyamızın mövqeyini öyrəndilər. Digər siyasi partiyalarla da bu tipli görüşlərin olub-olmayacağı ilə bağlı müşavir bir söz demədi. Belə görüşlərin mütəmadi şəkildə olması çox vacibdir. Düşünürəm ki, siyasi partiyalarla səfirliklərin əlaqələrinin olması çox önəmlidir. Bu baxımdan belə görüşləri yüksək qiymətləndirirəm”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.