• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli: 'İslam dünyasının vəhdətləşmə vaxtıdır'
    

    Əhəd Məmmədli: 'İslam dünyasının vəhdətləşmə vaxtıdır'

    7-06-2017, 14:20
    Oxunub: 482
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli: 'İslam dünyasının vəhdətləşmə vaxtıdır'

    Əhəd Məmmədli. Ağ Partiya başqanının birinci müavini











    Mən həmişə Qətəri siyasi baxımdan Körfəzin İsraili adlandırmışam. Qətər İsrail kimi kiçik dövlət olmağına baxmayaraq, vətəndaşları sosial rifah, maddi gəlirlər, iqtisadi təminatlar baxımdan dünyanın ən birincisidirlər. Qətərin " Əl Cəzirə" kimi nəhəng informasiya ruporu var və ən əsas Qətərin şeyxi ixvandır.
    İxvanil Müslimin kimlərdir? "Müsəlman Qardaşları" Ərəb dünyasının yeganə milli qüvvəsidir. İxvanlar Ərəb dünyasında, Qərbin müstəmləkəçi qüvvələri tərəfindən PostOsmanlı dövrü üçün hazırlanan BƏƏZ və marionet kral, əmir sülalə rejimlərinə qarşı yetişdirilən Osmanlı varisi olan müstəqil bir qüvvədir.

    Son illərdə müsəlman dünyasında Qətər - Misir - Türkiyə üçbucağı qurulmuşdu. Hər üç ölkə iqtidarda İxvanil Müslümün və Milli Görüş ideoloji iqtidarlar idi. Bu, İslam dünyasında çox güclü birlik, ciddi qüvvə idi. ABŞ, İsrail və bəzi Körfəz səltənətləri tərəfindən, ilk öncə ən zəif xalqa olan, yeni hakimiyyətə gələn Misir ixvanları sıradan çıxarıldı. Sonra Türkiyəyə əl uzadıldı. Misirli həmkarlarından fərqli olaraq daha təcürbəli AK Parti hakimiyyəti, Türkiyəyə qarşı bu uzanan əlləri qırdı... Doğrudur, anti-Türkiyə əməliyyatında Körfəz ölkələri iştirak etmədi, əksinə böyük yatırımlı ərəb kapitalı Türkiyəni iqtisadi kollapsdan qurtardı.

    D.Trampın Səudiyyə Ərəbistanına səfərinin mahiyyəti indi bəlli oldu - Mötədil Qətər şeyxini, Ərəb dünyasında təkləmək.
    Bu problemin çözümündə Türkiyəyə böyük iş düşür. Türkiyə Qətərin yanında olmalı, lakin həmçinin Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi qorumalıdır. İslam dünyasının vəhdətləşmə vaxtıdır. Qeyri-müsəlman dünyasını da ən çox narahat edən budur. Bunun yeganə yolu da Osmanlı çətiri altında birləşməkdir. Osmanlı çətiri zamanında türklər də, ərəblər də, kürdlər də öz torpaqlarının yeganə sahibi idilər.
    Ərəb dünyasının ixvanları da, türk dünyasının Milli görüşçüləri də, İslam dünyasının vəhdəti üçün birdəfəlik "sünnü - şiə" qardaş qırğınına son qoyulmasını, Ərəb ölkələri və Türkiyənin nəhayət ki, İranla yaxşı dost, qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıdır.
    Bütün bunların olması üçündə ən azı əsas müsəlman ölkələrində, Müsəlman Qardaşları və ya Milli görüş siyasəti əsas ideoloji baza olmalıdır.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.