• Rus Dili
  • Reklam
    » » Osmanlı İmperiyası sualtı qayıqlar və raketlər icad edibmiş - Sensasiya
    

    Osmanlı İmperiyası sualtı qayıqlar və raketlər icad edibmiş - Sensasiya

    13-02-2016, 23:26
    Oxunub: 1 059
    Şərhlər: 0
    Çap versiyası
    Osmanlı İmperiyası sualtı qayıqlar və raketlər icad edibmiş - Sensasiya
    Türk agentliyi Osmanlı imperiyasında sualtı qayıqların "ixtira" edilməsi haqqında sensasiyalı məlumat yayıb.


    Modertator.az xəbər verir ki, belə bir iddia ilə “Взгляд” nəşri çıxış edib

    XVIII əsrdə Osmanlı imperiyasında sualtı qayıqlar və raketlər icad edilib, bu barədə Britaniya İslam Mədəniyyəti araşdırma mərkəzinin elmi tədqiqatçısı Salim Ayduz məlumat verib.
    “Anadolu” Ayduza istinadən məlumat verib ki, Osmanlı imperiyasının ilkin inkişaf dövründə Avropa ölkələrini atıcı silahların istehsalı sahəsində xeyli qabaqlayırdı, amma daha böyük nailiyyətlər Osmanlı tarixinin “Lalə dövrü” (1718 – 1730-cu illər ) adlanan dövrə təsadüf edilir, bu barədə “РИА «Новости»” xəbər verir.

    “Bu ilk ixtiralardan biri sualtı qayqlar olub. Gəmi hazırlayan memar İbrahim-ağa sualtı qayığını “Tahtelbahir” isimləndirib. İkinci böyük ixtira isə top tuşlayıcısı Bayramoğlu Ali-ağa tərəfindən icad edilən odlu silah və raketlər olub”, - deyə, Ayduz bildirib.

    Hərçənd onun sözlərinə görə, zaman keçdikcə bu haqda biliklər itirilib.

    2014-cü ildə İstanbulda keçirilən Latın Amerikası birinci konfransının bağlanışı zamanı Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Amerikanın ilk kəşf edənlər Xristofor Kolumb deyil, müsəlman dənizçilər olublar.

    Tərcümə etdi: Ramil Həsənli
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.