• Rus Dili
  • Reklam
    » » Donald Tramp gizlin məlumatların Rusiyaya sızdırılmasından danışdı
    

    Donald Tramp gizlin məlumatların Rusiyaya sızdırılmasından danışdı

    10-06-2017, 13:00
    Oxunub: 121
    Şərhlər: 0
    Çap versiyası
    Donald Tramp gizlin məlumatların Rusiyaya sızdırılmasından danışdı


    ABŞ prezidenti Donald Tramp Rusiyapərəst olması barədə səsləndirilən ittihamlara cavab verib.

    "Ölkə.Az" xəbər verir ki, Amerika rəhbəri bu barədə keçirdiyi mətbuat konfransında bəzi məsələlərə aydınlıq gətirib.

    “Mənim Rusiya ilə heç bir əlaqəm olmayıb. Rusiyanın heç bir səlahiyyətli şəxslərilə görüşüm, danışığım və sövdələşəm olmayıb. Amerika ilə bağlı bütün gizlin məlumatlar keçmiş Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi tərəfindən sızdırılıb”, - deyə D.Tramp bildirib.

    Amerika lideri həmçinin prezidentin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn barəsində aparılan araşdırmaların dayandırılması ilə bağlı tapşırıq da vermədiyini deyib.

    “Mən heç vaxt bu barədə tapşırıq verməmişəm. Ümumiyyətlə bu barədə heç nə deməmişəm. Mən Komini elə də yaxşı tanımıram. Onunla görüşərkən, ondan vəzifəyə və ölkəyə sədaqətli olmağı tapşırmışam”, - deyə Tramp vurğulayıb.

    Qeyd edək ki, Maykl Flinn hələ vəzifəyə başlamadan Rusiyanın Vaşinqtonda fəaliyyət göstərən səfiri Sergey Kislyak ilə görüşüb. Bu görüşdə Obamanın Rusiya diplomatlarına tətbiq etdiyi sanksiyalar müzakirə edilmişdi. Bu barədə xəbər ortaya çıxdıqdan sonra Flinn əvvəlcə Trampın istəyi ilə rus səfirlə görüşdüyünü bildirsə də, sonradan verdiyi açıqlamada görüşün sadəcə bir başsağlığı görüşü olduğunu demişdi. Lakin iddialara görə, ABŞ-da keçirilən prezident seçkilərində Rusiya müdaxilə edib. Bu müdaxilədə şübhəli bilinən vasitəçilərdən biri də, məhz Maykl Flindir. Onun barəsində araşdırmalar başlanılsa da, sonradan bu mövzu bağlanıb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.