Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq – “Biz heç kimlə bunu müzakirə etmərik və lazımi addımı atarıq” » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq – “Biz heç kimlə bunu müzakirə etmərik və lazımi addımı atarıq”
    

    Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq – “Biz heç kimlə bunu müzakirə etmərik və lazımi addımı atarıq”

    16-06-2017, 00:00
    Oxunub: 97
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq – “Biz heç kimlə bunu müzakirə etmərik və lazımi addımı atarıq”


    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP kanalına müsahibə verib.

    Avropa.info xəbər verir ki, Ərdoğan müsahibəsi zamanı ötən ay ABŞ səfəri zamanı Donald Trampa etdiyi xəbərdarlıqlara baxmayaraq ABŞ-ın Raqqa əməliyyatını PKK/PYD ilə həyata keçirməyə davam etdiyini bildirib.

    “Mən Amerikanın PYD-yə və YPG-yə yanaşma tərzini heç yaxşı qəbul etmirəm. Çox səhv bir yanaşma tərzidir. Qaldı ki, Amerikanın əsgərləri və zabitlərinə onlar bu terror təşkilatı ilə birlikdə hərəkət edirlər. Amerika bunlara təəssüf ki, çox ciddi miqdarda silah vermişdir. Bunların içində ağır silahlar da var. Anlayıram ki, bunlarla əl-ələ, qol-qola olduqları üçün demək ki, onları terror təşkilatı olaraq qəbul etmirlər və terror təşkilatı ilə əməkdaşlıq edərək Raqqaya girirlər.”

    Bundan başqa Ərdoğan ABŞ-a Raqqa əməliyyatını birlikdə həyata keçirməklə bağlı təklif etdiklərini vurğulayıb.
    “Biz onlara deyirik ki, gəlin bunu birlikdə edək. Bir terror təşkilatı ilə bu əməliyyatı niyə həyata keçirirsiniz ki? Amerika kimi güclü bir dövlətə bir terror təşkilatı ilə birlikdə hərəkət etmək yaraşarmı? Bunu özlərinə söylədik və bunu qəbul etməyimiz mümkün deyil. Biz baxdıq ki, onlar çox həvəslidirlər burada bizə düşən də “xeyirli olsun” deməkdir. Amma bunu da söylədik ki, əgər ölkəmizə ən kiçik bir təcavüz olacaq olsa biz heç kimlə bunu müzakirə etmərik və lazımi addımı atarıq.”
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.