• Rus Dili
  • Reklam
    » » “Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir” –Sabir Rüstəmxanlı
    

    “Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir” –Sabir Rüstəmxanlı

    22-06-2017, 17:01
    Oxunub: 346
    Şərhlər: 0
    Çap versiyası
    “Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir” –Sabir Rüstəmxanlı


    Orta məktəblərdə rus dilində təhsil tədris olunsun, ya olunmasın?

    Artıq bir neçə gündür kimlərinsə idarə etdiyi mənbədən geniş ictimaiyyətin müzakirəsinə verilən mövzuda bəziləri rus dilinin lehinə, bir qisim isə də əleyhinə çıxır.

    Lehinə olanlar azad seçim imkanlarından faydalandıqlarını əsas gətirərkən, rus dilinin əleyhinə çıxanlar bir az da irəli gedərək, övladını rus bölməsinə qoyan valideynləri təhqir etməkdən çəkinmirlər.

    Məsələ ilə bağlı Modern.az-a danışan deputat Rasim Musabəyov insanların seçim imkanlarına qarışmağın yersiz olduğunu bildirib:

    “İnsanların maraqları nəzərə alınmalıdır”


    “Rus dilində tədris ümumi təhsilimizin on faizini təşkil edir. Onların hamısını birdən-birə ləğv etmək, insanların maraqları ilə oynamaq olar. Bunu nəzərə almaq lazımdır. Mənim düşüncəmə görə, ibtidai sinifdə təhsil sırf ana dilində olmalıdır. Təhsilə başlayan hər bir uşaq, rus, avar, ləzgi olmasından asılı olmayaraq ibtidai sinfi Azərbaycan dilində oxumalıdır. İbtidai sinfi bitirib yuxarı sinfə keçəndə isə rus dilində təhsil almaq olar. Kimsə rus dilində, kimsə ingilis dilində oxumaq istəyir, bu, sərbəst olmalıdır. Təbii dövlət dilimiz bu sistemdə öz yerini möhkəmləndirməlidir”.

    “Rus bölmələri Azərbaycan bölmələrindən üstündür”

    Deputat qeyd edir ki, kimsə övladı rus bölməsində oxuyanları qınayır və təhqir edirsə, səhv düşüncədədir:

    “Çox nahaq yerə edir. Biz azad dövlətdə yaşayırıqsa, insanların azad seçim hüququ var. İnsanları hansısa dəyişikliyə zorla məcbur etmək yolverilməzdir. Sadəcə Azərbaycan dilində təhsilin keyfiyyəti o dərəcədə yüksəldilməlidir ki, o, rus dilində təhsili sıradan çıxarsın. Problem bundadır. Rus bölmələrində təhsil, təlim-tərbiyə Azərbaycan bölmələrilə müqayisədə üstündür”.

    “Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

    Azərbaycanın xalq şairi, keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a deyir ki, məktəb ana dilində olmalıdır:

    “Uşaq qalan vaxtı nə qədər dil öyrənirsə, bu, onun üstünlüyüdür. Uşaq bağçası, orta məktəb, ali məktəb sırf Azərbaycan dilində tədris olunmalıdır. Bu gün rus dilini təbliğ etmək Azərbaycana düşmənlik etməkdir. Rus dili bölmələrinin sayını artırırlar, rus dilini təbliğ edirlər. Bir də çıxıb deyir ki, “kim rus dilinə xor baxırsa, mən də ona xor baxıram”. Bu utanmazlıq, tərbiyəsizlik, düşüncəsizlikdir”.

    Yarımçıq insanlar…

    S.Rüstəmxanlının sözlərinə görə, rus dilini təbliğ edənlər yarımçıq insanlardır:

    “Hər millətin öz dili var. Ona görə də övladlarımız da öz dilində oxumalıdır. Sonra qonşuların dilini kim nə qədər istəyir öyrənsin. Heç kim onlara pis baxmır. Amma ilk, orta və ali təhsil ana dilində olmalıdır. Öz dilini bilmədən başqa dilləri öyrənmək insanı yarımçıq edir. İndi bu cür yarımçıqlar, rus dilində təhsil alanlar, ana dilinə qarşı hücum təşkil ediblər. Ayıbdır. Bu adamların mövqeləri düşmən mövqeyindən seçilmir heç nəyilə”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.