• Rus Dili
  • Reklam
    » » Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb
    

    Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb

    3-07-2017, 22:00
    Oxunub: 138
    Şərhlər: 0
    Çap versiyası
    Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb


    Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdən Gəncəyə köçməsində və 15 sentyabr 1918-ci ildə Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində həlledici rolu olmuş Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb.

    Bu barədə APA-ya Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın həyat və fəaliyyəti haqqında 928 səhifəlik “Nuri Killigil” kitabının müəllifi Atilla Oral məlumat verib. O, raportları köhnə kitablar, fotolar, sənədlər satan bir bukinist mağazası sahibində gördüyünü söyləyib: “Azərbaycan dövlətinin Tiflisdən Gəncəyə köçməsi və daha sonra Bakının azad edilməsi üçün həyata keçirilən gündəlik icraatların hamısı barədə Osmanlı ordularının Batumdakı komandanı, general-polkovnik Əbdülvahab paşaya raportlar göndərilib. Raportlarda bütün təfərrüatlar öz əksini tapıb. Bilirsiniz ki, mən kitablarımı özüm çap edib özüm satır, əldə etdiyim pulu yeni sənədlər almağa xərcləyirəm. Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları üçün çox pul istəyirlər, hal-hazırda maddi imkanım onu almağa imkan vermir. Ancaq əmin olun ki, yaxın günlərdə pul tapıb o dəftərləri alacaq və APA vasitəsilə Azərbaycan oxucularına təqdim edəcəyəm”.

    Qeyd edək ki, Türkiyədə silah sənayesinin qurucularından olan Nuri Paşanın həyat və fəaliyyətini 17 il araşdıran tədqiqatçı Atilla Oral 2016-cı ilin iyununda 928 səhifəlik “Nuri Killigil” kitabını çap etdirib. Kitab Türkiyədə və Azərbaycanda böyük marağa səbəb olub.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.