• Rus Dili
  • Reklam
    » » İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI
    

    İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI

    15-02-2016, 12:08
    Oxunub: 494
    Şərhlər: 0
    Çap versiyası
    İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI



    Fəryad edərək yardım istəyən ana başqa uşaqların başına belə hadisələrin gəlməməsi üçün hadisənin mətbuatda işıqlandırılmasını istəyir. İzabella Əsəadovanın Ölkə.Az-a danışdığı xoşagəlməz olayı təqdim edirik:

    "Hal hazırda Avstriyanın Linz şəhərində qızım Ceylanın müalicəsi ilə məşğuluq. Qızım 6 aylıq olanda, qeydiyyatda olduğumuz Bakı Şəhər 2 saylı Uşaq Poliklinikasında nevropotoloq Mahmudova Firəngiz və Novruzova Sevil tərəfindən AKDS peyvəndi vurulduqdan sonra beyin iflici keçirtdi. Biz həkimlərə öz iradımızı bildirən zaman həkimlərin cavabı bizi şoka saldı: "Gedin kimə deyirsiz deyin". Elə o vaxtdan həkimləri məhkəməyə verdik. Məhkəmə prossesi artıq 5 ilə yaxındır ki davam edir.

    4 dəfə Məhkəmə Tibbi Ekspertiza və Potaloji Anatomiya Birliyinin ekspert qrupu övladım Ceylanı müayinədən keçiriblər. Ekspertlərin rəyi belə olmuşdur ki, uşaqda yaranmış problem peyvəndin nəticəsində meydana gəlmişdir və həkim bu iynəni uşağa vurmamalıymış. Məhkəmə prosseslərində həkimlər günahı bir-birinin boynuna qoymağa çalışırdılar. Amma məhkəmə prossesinin uzadılması və 2 hakim dəyişilməsi bizi narahat edirdi. Mahmudova Firəngiz səhvini anlayaraq və işin böyüməməsi üçün həyat yoldaşını mənim həyat yoldaşımın yanına yollayaraq pul təklif etdi ki, biz şikayəti geri götürək. Amma yoldaşım bu işin pula görə yox, gələcəkdə bütün valideyinləri və körpələri belə savadsız və həddini bilməyən dırnaqarası həkimlərdən qorumaq üçün etdiyini bildirdi. Sonradan həyat yoldaşımın araşdırmaları nəticəsində məlum oldu ki, Mahmudova Firəngizin böyük vəzifəli qohumları var və onu qoruyan qohumlarından biri olan Səbail rayonunun icra başçısı Eldar Əzizovdur. Biz artıq bir ilə yaxındır ki, qızımızı Avropada müalicə etdiririk. Hər nəyimiz varsa satmışıq. Bizim Vətəndə olmamağımızdan istifadə edərək, məhkəmə hakimləri ələ alınmışdır. Ekspertizanın rəyi dəyişilmişdir. Və məhkəmə axırıncı verilən ekspert rəyini əsas tutaraq bu işə xitam verib. İndi Ali məhkəməyə hazırlaşırıq. Bizim hər bi kəsdən xahişimiz var, bu məsələni ictimailəşdirməkdə bizə dəstək olasınız. Xahiş edirəm belə həkim və hakimlərin qanun pozuntularının ictimailəşdirməkdə və araşdırmaqda bizə yardımçı olasınız"




    İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI




    İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI





    İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI




    İcra başçısı Eldar Əzizovun həkim qohumu bir qızın həyatını məhv edib — ANA FƏRYADI


    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.