• Rus Dili
  • Reklam
    » » Dünya modelinin qəlbini fəth edən türk - FOTOLAR
    

    Dünya modelinin qəlbini fəth edən türk - FOTOLAR

    19-07-2017, 02:21
    Oxunub: 148
    Şərhlər: 0
    Çap versiyası
    Adriana Limanın sevgilisi Metin Hara barədə bilinməyənlər - haradan haraya...
    Dünya modelinin qəlbini fəth edən türk - FOTOLAR

    Bu günlərdə bütün Türkiyə ondan danışır. Eləcə də dünya mediasında adı tez-tez keçir. Moda dünyasının məşhur modeli Adriana Limanın yeni sevgilisi, türk Metin Hara. Adam həmin günə qədər Türkiyədə tanınmış biri olsa da, A.Limanın sevgilisi olaraq şöhrətinə şöhrət qatıb.

    İndi isə sıradan, var-dövləti olmayan, çox da populyar sayılmayan bir türk gəncinin dünyaca məşhur modellə eşq hekayəsinə diqqət edək. Hər şey bir neçə gün öncə başladı. Moda dünyasının məşhur modeli “Milas-Bodrum” aeroportundan sərnişinlərlə birlikdə çıxıb və VİP bölümünü tərcih etməyib. Jurnalistlərin onları çəkməsinə qəti əhəmiyyət verməyən cütlük daha sonra kirayələdikləri maşına minərək ordan uzaqlaşıb. Xatırladaq ki, maneken bir ay öncə Los-Ancelesdə Metin Haranın kitabı ilə poza vermişdi.


    M.Hara da A.Lima ilə münasibəti haqqında mətbuat üçün açıqlama verib. Haranın açıqlamasında aşağıdakı ifadələrə yer verilib: “Adriana ilə iyun ayında İstanbulda tanış olduq. Çox maraqlı bir söhbətin davamında ona kitabımı hədiyyə etdim. Bu dönəmdə hər zaman ünsiyyətimiz davam etdi və bir-birimizə qarşı nələr hiss etdiyimizin fərqinə vardıq. İkimiz də hələ bir-birimizi tanıma mərhələsindəyik. Dəyərli mediamızın mövzu ilə bağlı marağına sonsuz hörmət göstərməklə yanaşı, eyni hörməti qarşılıqlı olaraq səfərimizin bu başlanğıc müddətində də görməyi arzu edirik. Metin Hara”.
    Yaxşı bəs kimdir bütün türk kişilərinin qısqandığı, özünə düşmən bildiyi Metin Hara? 4 iyun 1982-ci ildə İstanbulda dünyaya gəlib. İbtidai təhsilini 50-ci İl Cümhuriyyət İbtidai Məktəbində tamamladıqdan sonra orta və lisey təhsili üçün Üsküdar Amerika Kollecinə gedib. Üsküdar Amerika Kollecini bitirəndən sonra Çapa Fizika Müalicə də Reabilitasiya bölümündə təhsil həyatını tamamladı. Universitet həyatı boyunca həyatını təmin etmək üçün reklam aktyorluğuna başlayıb, bir çox beynəlxalq və qlobal markanın Türkiyə və onun xaricindəki tanıtım reklamlarında yer alıb.


    Özünü inkişaf etdirdikdən sonra son 5 ildir ki, professional mənada enerji ilə müalicə çalışmaları etməyə başlayıb. İnsan səhhətinə olan komple yanaşması, insan xəyal gücünə sığmayan qabiliyyətləri, insan zehninə sığmayan dərin biliyi və insan bədəninə olan sonsuz etibarı sayəsində aldığı “tibbən imkansız” nəticələrlə qısa müddətdə tibb cameyəsində səs-küy oyatdı. Bu günə qədər müalicəsinə yardımçı olduğu yüzlərlə insanın həyatını dəyişdirən və bu baxış bucağını, texnikasını on mindən artıq insanla paylaşan Metin bir çox media-yayın qurumunun vasitəsilə milyonlara səsləndi.
    2000-ci ildən etibarən ağır xəstəlikləri olan insanlara seminarlar və fərdi seanslar keçirməyə başlayıb. 2000-ci ildən etibarən ağır xəstəlikləri olan insanlara seminarlar və fərdi seanslar keçməyə başlayıb. 2007-ci ildə ‘’Dinle Neyden’’ adlı filmin baş rol ifaçılarından biri olaraq 2008-ci ildə Beynəlxalq Ankara Film Festivalında ən yaxşı gənc istedad mükafatına layiq görülüb.


    2008-ci ildə “Trusthuman- İnsana güvən” layihəsini həyata keçirən Metin “Başka Bir Dünya Mümkün” fəlsəfəsi ilə fərdi seanslar və toplu seminarlarla insanların həyatına toxunmağa davam edib.


    2014-cü ildə ‘’Aşkın İstilası’’ üçlü kitabının birinci kitabı olan “Yol” kitabı, sadəcə, ilk 3 ayda 100.000 ədəd satılıb, 8 ay boyunca bestseller siyahısında qalıb. Hər toxunduğu həyat üçün ağac əkən, delfini övladlığa götürən, həbsxanalara, yetimxanalara, qocalar evinə etdiyi ziyarət və yardımlarla diqqət çəkib. Bir çox çevrə və sosial dərnəyə üzv olan Metin, Xərçəngsiz Həyat Dərnəyinin sədrlər heyətinin üzvüdür.


    “Forbes” jurnalına görə ən çox qazanan türk yazarlar arasında yer alan Metin Haranın kitabı 90 min dəfə nəşr olunub, gəliri isə 2.460.000 TL.
    Gənc yazar Lima ilə keçən ay İstanbuldakı bir tədbirdə tanış olub və onunla çəkilmiş şəklini İnstaqram səhifəsindən paylaşaraq aşağıdakıları yazıb: “Həqiqətən də son dərəcə təvazökar, təbii bir ruh. Bütün dişilərin öz təbiətlərində vəhşi və azad olmaları arzusu ilə” .


    Fevral ayında “New England Patriots”un amerikalı futbolçusu Culian Edelmanla ayrılan 36 yaşındakı maneken “Grand Prix”də tək daş, brilyant bir üzüklə görüntülənmişdi. “Özümü özümə və xoşbəxtliyimə həsr etdim. Özümlə evliyəm” açıqlamasını vermişdi.


    Amma onunla bağlı ən son bomba “Hürriyet”in yazarı Ayşe Armana bu mövzuda verdiyi müsahibə oldu. Məşhur yazar olsa da, danışdığı tərz, istifadə etdiyi kəlmələr, ümumiyyətlə, həyat fəlsəfəsi onunla bağlı ciddi tənqidlərin yaranmasına səbəb oldu. M.Hara bu münasibətin reklama söykənməsi, habelə ortada sevginin-filan olmaması barədə iddiaları belə cavablandırıb: “Ayşəcim, sən də illərdir medianın içindəsən. Sən də qadınsan, sən də məşhursan. Gözünü sevim, sənə pul təklif edilsə və sevmədiyin bir adamla öpüş deyilsə, öpüşərsən? Qəbul edərsənmi? Etməzsən, düz deyil? Kim edər? Bunun belə olduğunu düşünə bilmək necə bir basin məhsuludur? Necə bir zehniyyət buna ehtimal verir? Üstəlik, haqqında danışdığımız qadın, dünyanın ən məşhur, ən çox pul qazanan modelidir. Zatən qazanacağı qədər qazanıb. Bu qadının çalışdığı markaların və aldığı büdcələrin böyüklüyü inanılacaq kimi deyil, bunun fərqində deyillər? Ya riyaziyyatları pozulub, ya da əxlaqları”.


    M.Hara daha sonra Türkiyənin ən məşhur və gözəl qadınları ilə münasibətdə olduğunu da xatırladıb, adlar sadalayıb, “Google-a girib, keçmiş sevgililərimin kim olduğunu öyrənə bilərsiz” deyib hətta. O, Türkiyədə paparatsilərin bu işdə olduqca şişirtmələrə yol verdiyini, faktları təhrif etdiyini də deyib. Məsələn, öpüşmə fotolarının sayını montaj, fotoşop vasitəsilə artırması həmin örnəklərdən biridir.


    Bütün hallarda indi bütün Türkiyə bu adamdan danışır. Səviyyəsiz müsahibəsindən tutmuş, qazandığı mövqeyə uyğun olmayan baxış bucağına, yanaşmasına qədər insanlar onu tənqid etməklə məşğuldur. Bir çox psixoloqlar M.Haranın hazırda ən çox qısqanılan türk kişisi olduğu üçün bu cür qıcığa səbəb olduğunu yazır. Amma yeganə səbəb bu deyil.


    Sevinc TELMANQIZI

    Dünya modelinin qəlbini fəth edən türk - FOTOLAR
    Dünya modelinin qəlbini fəth edən türk - FOTOLAR
    Dünya modelinin qəlbini fəth edən türk - FOTOLAR скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.