• Rus Dili
  • Reklam
    » » Elmar Məmmədyarov: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”
    

    Elmar Məmmədyarov: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”

    21-07-2017, 03:07
    Oxunub: 169
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yençanı qəbul edib.
    Elmar Məmmədyarov: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”
    XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakıda Qüds məsələsinə həsr olunan beynəlxalq konfrans çərçivəsində baş tutan görüş və müzakirələrin səmərəli olduğunu deyən M.Yença Yaxın Şərq də daxil olmaqla, dünyanın digər regionlarında hərtərəfli inkişafın ədalətli sülhün bərqərar olmasından asılı olduğunu bildirib.

    E.Məmmədyarov isə Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münaqişələrin qarşısının alınması və həll edilməsi üçün multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini vurğulayıb.

    Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalından danışan E.Məmmədyarov BMT tərəfindən münaqişənin həll edilməsi üçün substantiv danışıqların dəstəklənməsinin təqdir olunduğunu qeyd edib. O, həmçinin münaqişə nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasında, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsində BMT-nin ixtisaslaşmış qurumlarının, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığın rolunu önə çəkib.

    Danışıqlar prosesinin gedişi barədə məlumat verən E.Məmmədyarov əlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

    Eyni zamanda nazir Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ilk dəfə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin əldə edilməsində bu kimi təşkilatların sıx əməkdaşlığının təqdirəlayiq hal olduğunu vurğulayıb.

    Görüşdə həmçinin Azərbaycan-BMT tərəfdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
    agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.