• Rus Dili
  • Reklam
    » » Trampın oğlu, kürəkəni və yardımçısı ifadə verəcək
    

    Trampın oğlu, kürəkəni və yardımçısı ifadə verəcək

    21-07-2017, 03:58
    Oxunub: 98
    Şərhlər: 0
    Çap versiyası
    ABŞ prezidenti Donald Trampın böyük oğlu, kürəkəni və onun keçmiş təşviqat meneceri Senat komitələrinin Rusiyanın 2016 seçkilərinə müdaxilə iddialarını təhqiq etməsindən sonra ifadə verəcəklər.
    Trampın oğlu, kürəkəni və yardımçısı ifadə verəcək
    agxeber.com-unLent.az-a istinadən verdiyi məlumata görə, oğul Donald Tramp, Jared Kushner və Paul Manafort Rusiya rəsmiləri ilə əlaqədə ittiham olunurlar.

    Tramp və onun müttəfiqləri hər hansı sövdələşməni təkzib ediblər.

    Bu arada, Tramp bildirib ki, o, Jess Sessionsın özünü kənara çəkəcəyini bilsəydi, onu təyin etməzdi.

    “New York Times” qəzetinə müsahibəsində Tramp baş prokurorun qərarını "çox ədalətsiz" adlandırıb: "Sessions özünü kənarda tutmamalı idi və əgər o, özünü kənar tutacaqdısa, bunu işi qəbul etməzdən öncə deməli idi və mən də başqasını seçərdim".

    Qeyd edək ki, Sessions mart ayında özünü Rusiya ilə bağlı təhqiqatdan uzaq tutduğunu bəyan edib.

    Bu, onun Senatda keçirilən təsdiqlənmə dinləmələrində Rusiyanın ABŞ-dakı səfiri ilə görüşməsi barədə məlumat verməməsi bəlli olduqdan sonra baş verib.

    Sessions onun iddialarına şərh verməyib.

    Eyni müsahibədə Tramp bu ayın əvvəlində Hamburqda rusiyalı həmkarı Vladimir Putinlə "ikinci görüşü" barədə danışıb. O deyib ki, görüş 15 dəqiqə davam edib və daha çox bir-birinə "xoş sözlər" deməkdən ibarət olub.

    Onlar həmçinin "qəyyumluq" qanunundan danışıblar, - deyə “New York Times” yazır. ABŞ insan haqlarına görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq etdikdən sonra ABŞ-lılara Rusiyadan uşaq övladlığa götürmək qadağan edilib.

    Tramp və Putin arasında görüş mediada çıxan xəbərlərdən sonra Ağ Ev tərəfindən təsdiqlənib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.