• Rus Dili
  • Reklam
    » » Yay oğrularından məhz belə qorunmaq olar
    

    Yay oğrularından məhz belə qorunmaq olar

    21-07-2017, 04:47
    Oxunub: 190
    Şərhlər: 0
    Çap versiyası
    Oğrunun atişləməz yolları varsa, ev sahibinin də cavab atəşləri olmalıdır
    Yay oğrularından məhz belə qorunmaq olar














    İyul-avqust ayları insanımızın daha çox məzuniyyətə çıxdığı, istirahət etdiyi aylar sayılır. Amma insan istirahətə ailəlikcə çıxırsa, istər-istəməz təhlükəsizlik tədbirlərini də düşünməlidir. “Nəhayət ki, 10 günlük tətilə çıxdım, şəhərdən uzaqlaşdım” tipli statuslar yazıb, oğruya dəvətnamə göndərmək təbii ki, olduqca naşı hərəkətdir. Amma təkcə bu, yox.

    Polislərin leksikonunda “yay oğruları” deyə bir termin var. Çünki məhz insanların tətilə çıxdığı dövrü pusub, bu fürsətdən yararlanan oğru şəbəkəsi var. Amma oğru varsa, ondan qorunmaq üsulları da var. Bunlardan ən bəsit olanları heç şübhəsiz ki, siqnalizasiya qoşulması, əlavə kilidlərdən istifadə olunması, açıq eyvana daxil olma yollarını məhdudlaşdırmaq və ən sonda yaxın qonşulara açar vermək, mənzildən muğayat olmağı xahiş etməkdir.

    Mütəxəssislər deyir ki, evinizin oğruların hədəfinə çevrilməsini istəmirsinizsə, pəncərənin pərdəsini salmağı unutmayın (adətən cinayətkarlar evlərin imkanlı olub-olmadığını çılçırağın qiymətinə görə təyin edirlər). Eyni zamanda, səyahət ediləcək məkan və müddət barədə kənar şəxslərə məlumat verməmək məsləhət görülür.
    Yay oğrularından məhz belə qorunmaq olar
    Daha bir maraqlı detal. Sosial şəbəkələrdə və bloqunuzdakı qeydləriniz mülkiyyətinizin təhlükəsi üçün real səbəbdir. Təbii ki, cinayətkarlar da ictimaiyyətdən geri qalmır və internetin imkanlarından geniş istifadə edir. Hara getdiyinizi, harada istirahət etdiyinizi və planlarınızı sosial şəbəkədən yazmamağınız məsləhətdir.

    Moskva polisi "təhlükəsiz yay" tədbirlər planında diqqətə çatdırır ki, evinizdə qiymətli daş-qaş, maliyyə hesabatı ilə bağlı sənədlər və böyük məbləğdə pul varsa - seyf almaq məsləhətdir. Bu, mümkün itkilərin (nəinki maliyyə baxımından, həm də mənəvi cəhətdən) qarşısını almağa kömək edir. Seyfi divarın və ya döşəmənin mümkün yerində quraşdırmaq və yaxşıca bərkitmək lazımdır. Əgər bu iş sizin üçün cansıxıcı və çətindirsə, onda var-dövlətinizi etibarlı qorunması üçün banklara təqdim edin. İndi bu xidmət Rusiyanın bütün şəhərlərində mövcuddur.
    Yay oğrularından məhz belə qorunmaq olar













    Yay oğrularından qorunmağın ilginc yollarından biri də işıqlarla bağlı ehtiyatlı davranmaqdır. Bəli, onlar üçün daha bir ip ucu qaranlıq düşəndə yanmayan ev işıqlarıdır. Polislər məsləhət görür ki, evdəki bəzi lampalara müasir texnologiyanın köməyi ilə zaman tənzimlənməsi qoyulsun. Yəni, lampa müəyyən saatdan sonra bir müddət işləsin. Araşdırmalara inansaq, oğurluqların 30 faizi heç zor tətbiq edilmədən, sırf ev sahiblərinin məsuliyyətsizliyi ucbatından baş verir. Açıq qalmış qapı, pəncərə bunun üçün ideal zəmin yaradır. Odur ki, vaxt itirmədən bu sahənin bilicilərindən bir neçə məsləhəti sizin nəzərinizə çatdıraq.

    Evinizin ətrafından içəriyə baxın. Bahalı elektrik əşyaların, tabloların, qab-qacağın pəncərədən görünməməsinə diqqət yetirin. Əgər yoldan keçən biri bunları asanlıqla görürsə, oğrular da görə bilər. Bütün qapı-pəncərələri ayrı-ayrı bağlayın. Qapıların arxasına isə ekstra sürgü taxdırın. Sanki evdəymiş kimi görünün. Zamanla tənzimlənən lampalardan istifadə edin, televizorunuzu bəlli bir saatda açıb-bağlayan zamanlayıcılardan istifadə edin.

    Bəzi pərdələri sanki evdə biriləri varmış kimi açıq qoyun. Hamısını bərk-bərk bağlasanız, evdə olmadığınız dərhal anlaşıla bilər.
    “Avtootvetçik”ə tətilə çıxdığınızı bildirən bir mesajı əsla qoymayın.

    Siqnalizasiya sisteminiz varsa, onu aktivləşdirin. Yoxdursa - yeni bir sistem təchiz edin.
    Yay oğrularından məhz belə qorunmaq olar












    Evdə pul, qır-qızıl... qoymamağa çalışın. Bank kassası bunun üçün ideal məkan sayılır. Yox, əgər bankda hesabınız yoxdursa, çalışın ki, bunu yataq otağında gizlətməyəsiniz. Çünki oğrular bunların daha çox yataq otağında olduğunu təxmin edir.

    Araşdırmalar bir oğrunun evə girməsi üçün ən çoxu 5 dəqiqə əziyyət çəkdiyini, alınmayanda isə vaz keçdiyini göstərir. Odur ki, əsas məsələ etibarlı qapı-pəncərədədir. Yəni siz oğrunun işini çətinləşdirmək üçün əlinizdən gələni edin. O 5 dəqiqədə qarşısına qoyacağınız maneələrin sayı nə qədər çox olarsa, eviniz və siz bir o qədər təhlükəsizlikdə olacaqsınız.

    Ev oğruları arasında səyyar satıcılar da xüsusi yer tutur. Ona görə də mütəxəssislər hər qapını döyən adama qapı açmamağı məsləhət görür. Bu günə qədər Bakıda baş verən ev soyğunlarının 30 faizində səyyar satıcıların əli olub. Polis şöbələrindən aldığımız məlumata görə, səyyar satıcı qismində qapıya gələn ev oğruları üzlərinə qapı açıldığı təqdirdə ilkin araşdırma apara bilirlər. Məsələn, elə qapının ağzındanca evin kasıb, ya varlı olduğunu, eləcə də ev sahibinin durumunu müəyyənləşdirirlər. Bəzən isə ev sahibinə “filan maldan gələn həftə sizə gətirə bilərəm” mesajı verərək, sonuncunun evdə olub-olmadığını yoxlayırlar.
    Yay oğrularından məhz belə qorunmaq olar


















    Yox, əgər evin xanımı “gələn həftə burda olmayacağıq, mal gətirməyin” deyirsə, bu, artıq oğru üçün siqnaldır. Gələn həftə eyni vaxtda qapını döyür, açan olmayanda isə evə öz üsulları ilə girir.

    Eyni hal dilənçilər, nəzir yığanlar, falçılar üçün də keçərlidir. Onlar da ev oğrularının bir nömrəli partnyoru, şərikidir. Bəzən bu kateqoriyadan olan adamlar israrla qapıları döyür, içəridən bir səs gözləyirlər. Polislər məsləhət görür ki, bu halda ev sahibləri içəridən onları acıqlı bir səslə qovsun. Onlara cavab verməmək həm də evdə heç kimin olmaması kimi anlaşıla bilər. Habelə, onlara evdəki uşağın cavab verməməsi məsləhət görülür. Çünki oğrular üçün “evdə heç kim yoxdur, təkəm” deyən uşaqdan böyük köməkçi ola bilməz.
    Yay oğrularından məhz belə qorunmaq olar




    Bakıda daha çox populyar olan bir hal isə evin açarının qapı ağzındakı əski parçasının altına qoyulmasıdır. Ev sahibləri bəzən evi tərk edəndə açarı qonşuya etibar etmək yerinə əskiyə etibar edir. Nəticədə isə bu, oğruların da işini asanlaşdırır. Çünki bu, çox populyar açar gizlətmə üsuludur.

    Polislər və detektivlər bütün bu qorunma üsullarına diqqət etməyib evini oğrulardan qoruya bilməyənlərə də məsləhətlər verir. Evin oğurlandığını görənlər heç bir əşyaya toxunmadan, ip uclarını yox etmədən polisə xəbər verməlidir. Bundan başqa, hər ehtimala qarşı tətilə çıxmazdan əvvəl dəyərli əşyaların şəklini çəkmək məsləhət görülür. Tapılanda sizə məxsus olduğunu dəqiq anlamaq və təbii ki, sübut etmək üçün.



    Sevinc,

    musavat.com
    agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.