“İlk məqaləm necə dərc olundu?” – Rəsulzadənin xatirəsi » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » “İlk məqaləm necə dərc olundu?” – Rəsulzadənin xatirəsi
    

    “İlk məqaləm necə dərc olundu?” – Rəsulzadənin xatirəsi

    23-07-2017, 03:45
    Oxunub: 334
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə tariximizə həm də peşəkar publisist olaraq keçib. Onun ilk məqaləsi 1903-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub.
    “İlk məqaləm necə dərc olundu?” – Rəsulzadənin  xatirəsi
    agxeber.com Kult.az-a istinadən Rəsulzadənin ilk yazısı ilə bağlı xatirəsini təqdim edir:

    “1903-cü il, rus-yapon müharibəsi dövrü idi. “Dövr idi” deyərkən məqsədimiz, bilavasitə hərb deyil, onun mühitimizdə yaratdığı əks-sədalardır.

    (Yaxın Şərqin siyasi oyanış dövrü ilə tarixin bu böyük hadisəsi arasında mənəvi dərin bir bağın olduğu məlumdur)

    Bu ərəfələrdə Tiflisdə Məhəmmədağa Şahtaxtlının “Şərqi-Rus” adında gündəlik qəzeti nəşr olunurdu. Bu, Həsən bəy Zərdabinin 1875-ci ildə çıxmış “Əkinçi” qəzetindən sonra, demək olar, Azərbaycanın türkcə ilk qəzeti idi.

    “Şərqi-Rus”u böyük diqqət və maraqla oxuyurdum. Sadəcə oxumaq deyil, bu qəzetə yazı yazmaq arzusunu da ürəyimdə bəsləyirdim.

    Hələ təhsil alsam da, məqalə yazmağı ömrümdə təcrübə etməsəm də, mənə bu arzunu duymaq cəsarəti bilavasitə qəzetin özündən gəlirdi; “Şərqi-Rus”un çox məqaləsi idarəyə göndərilən məktublardan ibarət idi. Bu məktub-məqalələrin mənim kimi həvəskarlar tərəfindən yazıldığını görür və ara-sıra idarə tərəfindən bu məktublara əlavə olunan təşviqedici təqdirlərdən cəsarətlənirdim.

    Bir gün özümü saxlaya bilmədim.

    Həmin günün indi dəqiq hansı gün olduğunu müəyyən edə bilmirəm. Hər halda 1903-cü ilin ya bahar, ya da son bahar günlərindən biri idi.

    Ya ilk, ya da son bahar!...

    Bunda tərəddüdüm yoxdur. Dəlilim bəhs etdiyim məqalənin mövzusudur.

    Bakının o zamankı alışqanlığına görə, monden gəncliyi milliyyət fərqi olmadan ilıq mövsümlərdə hər axşam tərəfi Qubernator bağı adlanan şəhər parkının xiyabanlarında gəzərdilər.

    “Şərqi-Rus”a göndərdiyim ilk məktubun mövzusu bu gəzintilərdən birinə aiddi.

    İçərişəhərin milli hakimiyyət çağlarından qalma köhnə divarlarının dibindəki xiyabanı aşağı-yuxarı gəzən qadın və kişilərin arasında yerlilərdən bəzi tanışlarımın, xüsusilə, tanıdığım təhsilli azərbaycanlıların, o zamankı təbirlə “müsəlmanlar”ın öz aralarında ana dilləri olan türkcə deyil, rusca danışmaları tərəfimdən tənqid olunur, rusca pis danışmağı daha yaxşı bilmələri gərəkli olan ana dillərinə tərcih etmələri ayıblanırdı.

    Qəzetinin adını “Şərqi-Rus” qoyan Məhəmmədağanın bu məktubu necə tələqqi edəcəyi, əlbəttə ki, məni çox maraqlandırırdı. Fəqət o zaman məni ən çox maraqlandıran bu deyil, yazımın bir yazı olaraq qəbul edilib-edilməyəcəyi idi.

    Tiflis poçtunu böyük maraqla gözləyirdim. Nəhayət, gözüm böyük bir sevinclə “Bakıdan məktub” başlığına sataşdı.

    Məqaləmiz çap olunmuşdu. Üstəlik idarədən təqdir və təşviqə səbəb olmuşdu”.

    “Azərbaycan” dərgisi, 1954, (22-23-cü say)

    P.S. Maraqlıdır ki, professor Şirməmməd Hüseynovun hazırladığı kitabda Rəsulzadənin “Şərqi-Rus”da çap olunan üç məqaləsinin mövzusu xatirədə yazıldığı kimi deyil. Görünür, ya Rəsulzadə yanlışlıq edib, ya da ki “Şərqi-Rus” yenidən araşdırılmalıdır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.