• Rus Dili
  • Reklam
    » » Xərçəngə qarş inqilabi müalicə üsulu tapıldı
    

    Xərçəngə qarş inqilabi müalicə üsulu tapıldı

    16-02-2016, 14:48
    Oxunub: 1 587
    Şərhlər: 0
    Çap versiyası
    Xərçəngə qarş inqilabi müalicə üsulu tapıldı















    agxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə ABŞ-da elm adamları, geni dəyişdirilmiş immunitet hüceyrələrini istifadə etməyə dair faydalı olan bir üsulla xərçəng müalicəsində inqilab yarada biləcək bir inkişafa imza atdıqlarını açıqladılar.
    Yayılan şişləri yox etmək üçün bədənin öz immunitet hüceyrələrini istifadə edən müalicə, təsiri uzun müddət bir peyvənd kimi xərçəng xəstəliyin təkrarlanmasının da qarşısını alır.

    Vaşinqtonda Amerika Elmin İrəliləməsi Dərnəyi toplantısında təqdim olunan tədqiqatların nəticələri fövqəladə bir hadisə kimi qiymətləndirildi.

    Araşdırma çərçivəsində, beş aydan çox yaşaması gözlənməyən ölümcül qan xərçəngi xəstələrinə tətbiq olunan müalicə, xəstələrin yüzdə 90ından çoxunun tamamilə sağalmasını təmin etdi.

    18 ay ərzində davam edən müşahidələrdə xəstəliyin təkrar aşkar olunmadığı görülüb.


    T-hüceyrə terapiyası

    Bunun üçün laboratoriyada xəstələrin öz bədənlərindən alınan T hüceyrələrinin geni dəyişdirilərək, şişləri tanıması və məhv etmələri təmin olunub.

    Bu üsulun üzərində sınandığı 35 kəskin lenfoblastik leykemiya (ALL) xəstəsinin faiz 90ından çoxu tamamilə sağaldı.

    Hodgkin kənar lenfoma və ya xroniki lenfosit-ik leykemiya (KLL) xəstəsi olan 40 nəfər üzərində keçirilən iki ayrı klinik təcrübədə də xəstələrin yüzdə 80-dən çoxunun orqanizmi müalicəyə müsbət cavab verdi. Bunların təxminən yarısında 18 aya qədər tam sağalma görülüb.

    EHTİYAT ÇAĞIRIŞI

    Amerika Elmin İrəliləməsi Dərnəyi iclasında yalnız xülasələri müzakirə edilən araşdırmaların təfərrüatları bu il ərzində yayımlanacaq.

    Ancaq mütəxəssislər, bunların T hüceyrələri müalicəsinin ilk sınaqları olduğunu qeyd edərək ehtiyata dəvət edir və hər xəstənin orqanizminin müalicəyə müsbət cavab vermədiyini qeyd edirlər.

    Bəzi xəstələrin müalicəyə qarşı zəhərli əks təsirlər etdiyi və öldüyü bildirilir.

    Digər müalicə üsullarının heç birinin təsirli olmadığı bəzi xəstələrin isə indiyə qədər heç görünməyən bir səviyyədə yaxşılaşdığı qeyd edilir.

    Elm adamları, T hüceyrəsi müalicəsi üçün qarşılarında qət edilməsi lazım olan uzun bir məsafə olduğunu, ancaq ilk nəticələrin xərçəng müalicəsində paradiqma dəyişikliyinə getməyə səbəb olacaq qədər uğurlu olduğunu söyləyrl

    agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.