• Rus Dili
  • Reklam
    » » Çinin Şimali Koreya sərhədində silahlı qüvvələri toplamağının səbəbləri nədir?
    

    Çinin Şimali Koreya sərhədində silahlı qüvvələri toplamağının səbəbləri nədir?

    26-07-2017, 01:39
    Oxunub: 88
    Şərhlər: 0
    Çap versiyası
    Çin Şimali Koreya ilə sərhəddəki silahlı qüvvələrini döyüşə hazır vəziyyətdə saxlamaqdadır.
    Çinin Şimali Koreya sərhədində silahlı qüvvələri toplamağının səbəbləri nədir?
    Çinlə Şimali Koreya ilə sərhədinin uzunluğu 880 mildir. İki ölkə arasında yerləşən Dandonq şəhəri yüzlərlə turistə ev sahibliyi edir. Turistlər hər iki dövləti ayıran Yalu çayında qayıqlar üzərək region gəzirlər.

    Turistlərdən əlavə, Çindən Şimali Koreyaya ərzaq və digər mallar da göndərilir. Son zamanlar Pxenyan və Pekin arasındakı münasibətlər sallansa da, sərhəd keçid məntəqələrində sabitlik qalmaqdadır.

    Lakin son zamanlar Çinin sərhəd zonalarına hərbi qüvvələrini göndərdiyi xəbərləri gəlməkdədir. Yarımadada gərginliyin artdığı dövrdə Çin də sillahlı qüvvələrini sərhəddə toplayır.

    Çin və Şimali Koreya arasında əlaqələrin olmasına baxmayaraq, Çin hər zaman Şimali Koreya ilə sərhədinə ən üst səviyyədə silahlı qüvvələrini yerləşdirib. Sərhəd zonası Çin üçün ən əhəmiyyətli strateji zonlardan biri hesab edilir. Çinin təhlükəsizlik məqsədilə hərbi qüvvələrini orada toplamaqdan başqa məqsədi Şimali Koreyadan keçəcək miqrantların qarşısını almaqdır.

    ABŞ-nin Ceymstoun Fondunun yaydığı son hesabata görə, miqrant axını Çini qayğılandıran ən böyük məsələlərdən biridir.

    Hər nə qədər Şimali Koreya iqtisadi sanksyalarla mübarizə aparsa da, ölkə keçmişdə aclıq və səfalətlə qarşı-qarşıya qaldı. Analitiklər deyir ki, əgər hər hansı bir konflikt baş verərsə yüzlərlə Şimali Koreyalının şimali Çinə qaçacağı qaçılmazdır. Bu isə Çini çox narahat edir.

    Şimali Koreya və ABŞ arasında gərginlik isə artmaqda davam edir. Vaşinqton Şimali Koreyanın növbəti sınağa hazırlaşır. ABŞ hər nə qədər Çinə Şimali Koreyaya təzyiq göstərməsini istəsə də, görünən odur ki, bir dəyişiklik olmayacaq. Pekin ABŞ və Cənubi Koreyanı konfliktdən uzaq durmağa və məsələləri masada həll etməyə dəvət edir.

    Digər tərəfdən Seul da Pxenyana danışıqlara başlamaq üçün müraciət etsə də, hələ ki, Pxenyandan rəsmi cavab vermir.

    FTB direktoru Mayk Pompeo Pxenyan rejiminin dəyişməsinin gərəkdiyini vurğulayıb.

    Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Koreya yarımadasında hərbi konflikt həll yolu deyil.

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.