Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmır » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmır
    

    Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmır

    27-07-2017, 01:13
    Oxunub: 131
    Şərhlər: 0
    Çap versiyası
    Avropa İttifaqı getdikcə daha tez-tez ABŞ-ın xarici siyasətindən qıcıqlandığını gizlətmir. Son günlər isə rəsmi Vaşinqtonun Moskvaya qarşı strategiyası Brüsseldə emosiyalar dalğasına səbəb olub. Bu gün artıq Avropanın nüfuzlu nəşrləri də bunu ört-basdır etməyə çalışmır.
    Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmır
    Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr palatası Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun layihəsini qəbul edib. Bu sənəd senatın və prezidentin təsdiqini gözləyir.

    agxeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, “Financial Times”ın yazdığına görə, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Avropa İttifaqının mümkün cavabını təcili şəkildə müzakirə etməyə çağırıb. Vaşinqtonun yeni addımlarında Avropanı narahat edən cəhət ilk növbədə şəxsi maraqları və çoxmilyardlıq layihələridir (xüsusilə, energetika sahəsində) ki, bunlar ABŞ-ın yeni sanksiyalarına görə zərbə altında qala bilər.

    “Politico” qəzetinin Avropa nəşri bununla bağlı yazır: “Təklif edilmiş qanun layihəsi Brüsseli ona görə hiddətləndirib ki, bu sənəd qərb dünyasının Moskvaya münasibəti ilə uzlaşmır, həmdə ona görə ki, o, Avropa və onun energetika şirkətləri üçün vacib olan energetika infrastrukturunun bir neçə layihəsini təhlükə altında qoyur”.

    Şərhçiləri ən çox maraqlandıran isə odur ki, Avropa İttifaqının sözdə deyil, işdə öz milli maraqlarını müdafiə etməyə hünəri çatacaqmı?скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.