Sənətçilər də ev məsələsindən danışdılar: “Ev elə jurnalistlərə verilməlidir” » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Sənətçilər də ev məsələsindən danışdılar: “Ev elə jurnalistlərə verilməlidir”
    

    Sənətçilər də ev məsələsindən danışdılar: “Ev elə jurnalistlərə verilməlidir”

    27-07-2017, 01:31
    Oxunub: 128
    Şərhlər: 0
    Çap versiyası
    Jurnalistlərin peşə bayramı olan Milli Mətbuat günü bu il daha təntənəli keçdi. Səbəb isə məlum olduğu kimi bu günlərdə ölkə prezidenti tərəfindən 255 jurnalist ailəsinə mənzil verilməsidir. Təbii ki, bu məsələyə sevinənlər olsa da, jurnalistlərin ev almasına aqressiv, tənqidi yanaşanlar da oldu. Hətta sosial şəbəkələrdə mənzil sahibi olan jurnalistlər öz həmkarları tərəfindən də təhqirlərə məruz qaldı.
    Sənətçilər də ev məsələsindən danışdılar: “Ev elə jurnalistlərə verilməlidir”
    Maraqlıdır, bəs sənətçilər mətbuat işçilərinin mənzillə təmin olunmasını necə qarşıladı? Mövzu ilə əlaqədar bir neçə tanınmışlar arasında sorğu keçirdik.

    Əməkdar artist Baloğlan Əşrəfov jurnalistlərə çox böyük hörməti olduğunu bildirdi: “Jurnalistlər də mənim xətrimi istəyirlər. Mən dövlətin təşkil etdiyi o işlərə qarışa bilmərəm. Əgər dövlətimiz, rəhbərimiz belə məsləhət bilibsə, deməli belə də olmalıdır. İndi kim narazılıq bildirirsə, necə danışırsa özü bilər. Adətən ölkədə nə baş verirsə, hər kəsdən əvvəl jurnalistlər dövrü mətbuatda, mediada işıqlandırır, ictimaiyyəti məlumatlandırırlar. Ona görə də əgər onları qiymətləndirib ev verilirsə, hala xoşları olsun. Mənim üçün belə şeylər maraqlı deyil ki, kim necə alıb və yaxud niyə alıb. Sadəcə deyirəm ki, Allah onlara xeyir versin, işlərini avand etsin, yenə də ölkədə baş verən ictimai-siyasi hadisələri doğru-dürüst işıqlandırsınlar”.

    Müğənni Manaf Ağayev də jurnalistlərə mənzil verilməsini çox gözəl qarşıladığını vurğuladı: “Elə jurnalistlərə ev verilməlidir də, sənətçilər onsuz da pul qazanırlar”.

    Sənətçi Əli Mirəliyev isə bu məsələyə çox sadə münasibət bəslədiyini dedi: “Çünki jurnalist toya, məclislərə getmir, başqa yerdən əlavə gəliri olmur. Jurnalist yazıq gedib yazısını yazır, qonorarını alır və ya ala bilmir, yazısı da oxunur və ya oxunmur. Jurnalistə dəstək olmaq lazımdır, çünki onlar 4-cü hakimiyyətdir. Bizim bəzi sənətçilərimiz iki mahnı oxumaqla elə bilirlər ki, hər şeyi əldə edə bilərlər, amma belə deyil. Jurnalist fikrini səmimi, açıq deyir, insanları yönəldir. Təbii ki, əsl jurnalistlərdən söhbət gedir. Mənim əsl jurnalistləri çox sevirəm, onlara böyük hörmətim var və dəstəyəm. Jurnalistlərə daim dövlət dəstək olmalıdır, çünki qeyd etdiyim kimi onların başqa qazanc yerləri yoxdur. Elə jurnalistlər var ki, illərlə kirayələrdə qalır və ölürlər. Nə olar ki, indi onlar ev alanda... Xalq artistləri çox şey alıblar, məsələn bağ, maşın, ev alıblar. İndi maaşa baxan jurnalistin ev almasını çox görürsüz? Jurnalist heç o aldığı təzə evini təmir edə bilməyəcək, necə var, içində o cür də yaşayacaq. Ona görə də el arasında məşhur bir kəlamı xatırlatmaq istəyirəm, “Özün süpürə bilmirsənsə, süpürgəçinin əlindən süpürgəsini alıb atma”. Jurnalistlər xalqımıza çox dəyərli olan işlə məşğuldurlar”.

    Müğənni Şəhla Həmidova da mənzil alan jurnalistləri təbrik edib, onlara uğur arzulayıb: “Onları təbrik edirəm, yeni evlərində salamat otursunlar”.

    Müğənni Afət Fərmanqızının sözlərinə görə, sənətçilərdən də ilk öncə ev jurnalistlərə verilməlidir: “Çünki sənətçi bir saata yaxşı pul qazana bilir. Sənətçilər də bilirlər ki, bəzən elə bir məclisə düşürük ki, orda bir evin pulunu da qazana bilirik. Bu baxımdan sənətçilərə ev verilməkdənsə, jurnalistlərə verilməsi daha məqsədəuyğundur. Şəxsən jurnalistlərə ev verilməsi xəbərini çox gözəl qarşıladım. Ümumiyyətlə hər zaman mətbuatı izləyirəm. Ümumilikdə fikrim budur ki, layiq olub mənzil sahibi alanların halal-xoşu olsun”.

    Əməkdar artist Novruz Qartal da ev alan jurnalistlərə uğurlar dilədi: “Yeni mənzilləri uğurlu olsun, toy görsünlər. Ev hamıya lazımdır”.

    Əməkdar artist Rasim Cəfərov isə qeyd etdi ki, jurnalistlərə ev verilməsini ancaq alqışlamaq lazımdır: “Nə yaxşı ki, evsiz, evi olmayan jurnalistlər mənzil sahibi oldular. Bunu ancaq alqışlamaq olar. Lakin aktyorluq sənətində də evsiz olan, illərlə kirayələrdə yaşayan sənətkarlar var. Onlara da belə bir dəstək olsa, yaxşı olardı”.

    Xalidə Gəray,
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.