Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmiş » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmiş
    

    Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmiş

    30-07-2017, 04:57
    Oxunub: 175
    Şərhlər: 0
    Çap versiyası
    Lesinin qətlinin Kreml tərəfindən sifariş verildiyi iddia edilir
    Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmiş
    Mixail Lesin-“Qazprom-media”nın keçmiş rəhbəri və Rusiya Federasiyasının keçmiş mətbuat nazirinin adı həmişə müxtəlif skandallarda hallanıb. Bu adamı Rusiyada müstəqil mətbuatın qəbirqazanlarından biri olaraq xarakterizə ediblər.

    Vaxtilə Putinə yaxın olan Lesin 2015-ci ilin noyabrın 6-da Vaşinqtonda, “Düpon Serkl” otelində ölü halda tapılıb. Rəsmi məlumata görə, ölüm ürəktutmasından meydana gəlib.

    Lakin ABŞ-ın “Buzzfeed” qəzeti bununla bağlı maraqlı xəbər yayıb. Qəzet FTB-dəki mənbələrinə istinadla keçmiş nazirin öldürüldüyünü yazıb.

    Xəbərdə Lesinin beysbol dəyənəyi ilə ölənə qədər döyüldüyü göstərilib. Qəzet hələ 2016-cı ilin yanvarında FTB-nin keçmiş agenti Con Uaytsaydın Lesinin qətlə yetirldiyi versiyasını irəli sürdüyünü xatırladıb.

    “Burada hər kəs onun ölüncə içərək infarkt olmasından öldüyünə inanmır. Hamı rusiyalı nazirin qətlinin arxasında Kremlin dayandığı versiyası üzərində dayanır”, - mənbə qəzetə söyləyib.

    Lesinin öldüyü gecə cəsədi araşdıran ekspertlər onun boynunda, gövdəsində, ayaqlarında və əllərində göy ləkələr aşkar ediblər. Lakin onların yaranma səbəbini müəyyən etmək mümkün olmayıb.

    “The New York Times” qəzeti isə 2016-cı ilin yazında polisin Lesinin təbii səbəblərdən öldüyü qənaətinə gəldiyini yazıb. Vaşinqton polis idarəsi həmin vaxt nazirin ölümünü “bədbəxt hadisə” olaraq dəyərləndirərək bağlamalı olub.

    Lakin FTB polislə eyni qənaətə gəlməyib. Yuxarıda qeyd edildiyi kimi, kəşfiyyat əməkdaşlarının “Buzzfeed”ə söylədiyinə görə, Lesin ölümdən qabaq beysbol dəyənəyi ilə möhkəm əzişdirlib. Məhkəmə tibb ekspertizası isə onun onurğa sütununun qırıldığını aşkar edib.

    Təhqiqatçıların Lesinin ölümünə maraq göstərməsi onun qətldən öncə Kremlin çirkli pullarının yuyulması ilə bağlı ABŞ-ın hüquq-mühafizə orqanları ilə əməkdalıq etmək həvəsinə düşməsi səbəbindən olub.

    Belə ki, hələ 2014-cü ilin iyulunda ABŞ Senatının Missisipidən olan senatoru Rocer Uilker ölkənin baş prokurorluğundan Putinin qara təbliğatçısı Mixail Lesinin hansı əsaslarla Los-Ancelesdə 28 milyon dollarlıq ev alması ilə maraqlanıb.

    Lesin özü həmin vaxt əmlakın uşaqları tərəfindən bankdan götürdüyü kreditltə alındığını söyləymişdi.

    Ölümündən bir gün qabaq isə keçmiş nazirin “Alfa bank”ın direktorlar heyətinin sədri Pyotr Avenlə görüşmək üçün Vaşinqtona getdiyi söylənilir. Həmin görüşdə Lesin hər kəsin önündə onunla bərk mübahisə edib qaldığı otelə qayıdıb.

    FTB agentlərinin sözlərinə görə, Lesin Rusiyanın beynəlxalq qara piar maşını “Russia Today” kanalının fəaliyyəti ilə bağlı baş prokurorluğun işçilərinə məlumat verməli imiş.

    Qəzetin yazdığına görə, məhz baş prokurorluq Lesinin qaldığı otelin xərclərini çəkib.

    Qəzet Lesinin ölümündən qabaq artıq Kremlin gözündən düşdyünü bildirir. Lesinin “Qazprom Media”dan uzaqlaşma səbəbinin də Rocer

    Uilkerin müraciəti olduğu bildirlirlir. Belə ki, Uilker müraciətində Rusiyanın meda menecerinin korrupsiya və çirkli pullaırn yuyulması əməliyyatındakı fəaliyyətinin araşdırılmasını da tələb edib.
    Qəzetin bundan sonra Kremlin ondan qurtulmağı düşünməyə başladığını yazıb. Lesin həm Putinin himayəsindən, həm də öz partnyorlarından məhrum olub. Bundan sonra ona qarşı əsl ov başlanılıb.

    Qəzetin başqa bir mənbəyi onun 2015-ci ilin yayında İsveçrə dağlarında gizləndiyini bildirib. Elə həmin dövrdən başlayaraq Lesin ABŞ-ın baş prokurorluğu və FTB-nin əməkdaşları ilə əlaqə qurub onlarla əməkdaşlıq etməyə başlayıb.

    Lesinin məlumat verəcəyi faktlardan biri də məşhur “Panama sənədləri” işi ilə bağlı ona məxsus şirkətin pulların yuyulması prosesindəki iştirakı ilə bağlı olmalı imiş.

    ABŞ kəşfiyyatını Lesinin pullarından daha çox onun Putin “Bank Rossiya”nın sahibi Yuri Kovalçukla əlaqələri maraqlandırıb.

    Kovalçuk isə həm Putinin şəxsi kassasının sahibidir, həm də ölkənin ən böyük mətbuat şirkətlərinə nəzarəti həyata keçirir...

    Musavat.com
    Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmiş
    Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmiş
    Rusiya: keçmiş nazir Mixail Lesinin ölümünün sirri açılıb – onu öldürüblərmişскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.