• Rus Dili
  • Reklam
    » » İordaniya İsrail səfirinin ölkəyə girişinə qadağa qoydu
    

    İordaniya İsrail səfirinin ölkəyə girişinə qadağa qoydu

    31-07-2017, 02:00
    Oxunub: 71
    Şərhlər: 0
    Çap versiyası
    İsrailin Amman səfirliyində israilli təhlükəsizlik əməkdaşının 2 iordaniyalını öldürməsindən sonra iki ölkənin münasibətlərində böhran yaranıb.
    İordaniya İsrail səfirinin ölkəyə girişinə qadağa qoydu
    agxeber.com-un Bizimsesimiz.info-ya istinadən verdiyi məlumata görə, İordaniyanın səlahiyyətli şəxsləri İsrail hadisə ilə bağlı ədalətli istintaq işi aparanadək İsrailin İordaniya səfiri Einat Şalainin və digər səfirlik işçilərinin ölkəyə girişlərinə qadağa qoyulduğunu bildiriblər.




    İordaniya Kralı 2-ci Abdullah da, 16 yaşlı Məhəmməd Jawawdahı və səfirlik binasının sahibini öldürən təhlükəsizlik əməkdaşının ədalətli şəkildə mühakimə olunmasını tələb edib.

    Qeyd edək ki, İsrail təhlükəsizlik əməkdaşı ıdiplomatik toxunulmazlığı səbəbindən sorğu-sual olunmadan ölkəsinə qayıdıb.

    İsrailin baş naziri Benyamin Netanyahu iyulun 23-də baş verən hadisədən sonra ölkəsinə qayıdan Amman Səfiri Einat Şalaini və 2 iordaniyalını öldürən təhlükəsizlik əməkdaşını qəbul edib.

    İordaniya Prokurorluğu israilli təhlükəsizlik əməkdaşı barəsində iki qətl və qanunsuz silah saxlamaqla bağlı cinayət işi açıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.