İran parlamentinin komissiyası ABŞ sanksiyalarına qarşı qanun layihəsini qəbul edib » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » İran parlamentinin komissiyası ABŞ sanksiyalarına qarşı qanun layihəsini qəbul edib
    

    İran parlamentinin komissiyası ABŞ sanksiyalarına qarşı qanun layihəsini qəbul edib

    31-07-2017, 02:54
    Oxunub: 124
    Şərhlər: 0
    Çap versiyası
    İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.
    İran parlamentinin komissiyası ABŞ sanksiyalarına qarşı qanun layihəsini qəbul edib
    APA-nın “Fars’ agentliyinə istinadən verdiyi məlumata görə, komissiyanın sözçüsü Hüseyin Nakavi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Hasan Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib.

    Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İranın atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib.

    Xarici işlər nazirinin müavini Abbas Əraqçı “Fars” agentliyinə açıqlamasında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiya qərarı ilə Tehranla “Altılığ”-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub. A. Əraqçı İranın ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.