Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    

    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR

    31-07-2017, 03:13
    Oxunub: 140
    Şərhlər: 0
    Çap versiyası
    Millət vəkili Q.Paşayeva Nevşəhər valisi, QHT, KİV rəhbərləri, Uçhisar bələdiyyə başqanı ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğinin vacibliyindən danışıb.
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qarabağ küçəsi açılışı və “Qarabağdan Uçhisara könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Kapadokyada olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Uçhisar bələdiyyə başqanı Ali Karaarslan ilə görüşüb.



    Azərbaycanın bir sıra sənətçiləri, media qurumları təmşilçiləri, ziyalılarının da iştirak etdiyi görüşdə millət vəkili Q.Paşayeva qədim Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın bir neçə gün əvvəl öncəbhədə törətdiyi vəhşiliklər, qətlə yetirdikləri balaca Zəhra ilə bağlı da geniş məlumatlar verib, müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Uçhisar bələdiyyə başqanı Ali Karaarslan ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

    Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kapadokya, Uçhisarın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Uçhisar bələdiyyə başqanı Ali Karaarslan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Uçhisar bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva Nevşəhər, qədim Kapadokya, Uçhisarla bağlı kitabının böyük maraqla qarşılandığını bildirib. Uçhisar bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Uçhisar bələdiyyə başqanı Ali Karaarslan Azərbaycana mütləq səfər edəcəyini bildirib.

    Millət vəkili Q.Paşayeva Nevşəhər valisi İlhami Aktaş ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali İlhami Aktaş azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib.

    “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyəolaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Nevşəhər arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabında qədim Nevşəhərin də yer aldığını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”.

    Millət vəkili Qənirə Paşayeva görüş zamanı Nevşəhərdə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Millət vəkili Q.Paşayeva həmçinin Nevşəhərin millət vəkilləri, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları ilə də görüşüb, geniş müzakirələr aparıb. Q.Paşayeva yerli media qurumlarına Azərbaycan və Qarabağ həqiqətləri ilə geniş müsahibələr verib, jurnalistlərin suallarını cavablandırıb.
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLAR
    Qənirə Paşayeva Qarabağ həqiqətlərinin daha geniş təbliğinin vacibliyindən danışıb - FOTOLARскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.