Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü – MƏXFİ ƏMƏLİYYAT » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü – MƏXFİ ƏMƏLİYYAT
    

    Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü – MƏXFİ ƏMƏLİYYAT

    31-07-2017, 03:16
    Oxunub: 191
    Şərhlər: 0
    Çap versiyası
    SSRİ ilə birgə arxivə göndərilən “KQB” – Dövlət Təhlükəsizlik Komitəsi səs-küylü əməliyyatları ilə yadda qalıb. Lakin bu əməliyyatlar gizli saxlanılırdı, çünki hər biri uğurlu olub. Allen Dallesin təbirincə desək, “xüsusi xidmət orqanları uğurlu əməliyyatlar haqda susurlar, lakin uğursuz əməliyyatlar haqda özləri hər şeyi açır”.
    Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü – MƏXFİ ƏMƏLİYYAT
    agxeber.com publika.az-a istinadən verir ki, “KQB”-nin ən uğurlu əməliyyatlarından bir neçəsini təqdim edir:

    “Burağan” əməliyyatı

    1956-cı il noyabrın 3-də gecə yarısı SSRİ ilə danışıqlara gəlmiş Macarıstanın müdafiə naziri DTK zabitləri tərəfindən həbs olundu. Noyabrın 4-də səhər saat 06:00-da sovet komandanlığı “İldırım” kod siqnalını göndərdi. Bu, macar üsyanının yatırılması üzrə “Burağan” əməliyyatının başlanğıcı idi. Qiyamın yatırılması xüsusi korpusa həvalə olunmuşdu. Əməliyyatlarda 15-dən çox tank və 7-ci və 31-ci hava-desant diviziyaları, dəmir yol briqadası, atıcılar olmaqla 60 mindən çox insan iştirak edirdi. Şəhər obyektlərinin tutulması üçün xüsusi qüvvələr yaradılmışdı. 150 desant və 10-12 BMD hərbi texnikası bu qüvvələri dəstəkləyirdi. Bir gün ərzində Budapeştdə bütün əsas obyektlər tutuldu. Hökumətin başçısı İmre Nadya və üzvlər Yuqoslaviya səfirliyinə sığındılar. Noyabrın 22-də saat 18:30-da onlar minik avtomobilləri və kiçik avtobusla səfirliyi tərk etdilər. DTK-nın polkovnik-leytenantı “dayan” əmri verdi, lakin ona qulaq asmadılar. Bundan sonra dərhal müdaxilə edildi və İmre Nadya başda olmaqla hər kəs həbs olundu.
    Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü – MƏXFİ ƏMƏLİYYAT











    Stepan Banderin qətli

    Ukrayna millətçisi Stepan Banderi öldürmək asan məsələ deyildi. O, həmişə mühafizəçilərlə gəzirdi. Bundan başqa, Qərb xüsusi xidmət orqanları ona qəyyumluq edirdi. Onların sayəsində Bander bir neçə dəfə sui-qəsddən xilas ola bilmişdi. DTK Banderi öldürməyi agent Boqdan Staşinskiyə tapşırdı. Agent Banderin izini tapmaq üçün bir neçə dəfə Münhenə gəldi, nəhayət, axtarışlar nəticə verdi. O, Banderi sadə telefon kitabçasındakı qeyddən tapmışdı. Belə ki, onun ləqəbi “Poppel” (almanca “axmaq”) idi və kitabçada bu adla qeyd olunmuş ünvan var idi. DTK agenti uzun müddət əməliyyata hazırlaşdı, müxtəlif yolları seçdi, kilidaçan tapdı və s. Staşinskiy növbəti dəfə Münhenə qətli həyata keçirmək üçün gəldi. Agent gözləməyə başladı. Nəhayət, 1959-cu ilin 15 oktyabrında saat təxminən günorta birdə o, Banderin maşınının qaraja girdiyini gördü. Staşinskiy əvvəldən hazırladığı kilidaçandan istifadə edərək, bloka daxil oldu. Yuxarı mərtəbədə bir neçə qadın söhbət edirdi. Agent əvvəlcə Banderi nərdivanda gözləmək qərarına gəldi, lakin burada uzun müddət qala bilməzdi, onu görə bilərdilər. Daha sonra o, nərdivanla endi və Banderin mənzilinə daxil oldu. Bander mənzilə daxil olanda agenti tanıdı, çünki əvvəllər onunla kilsədə görüşmüşdü. “Siz burada nə edirsiniz?” deyə soruşdu, agent qəzet bağlamasını ona uzatdı və atəş açıldı.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.