• Rus Dili
  • Reklam
    » » İranda müxalifət lideri yenidən xəstəxanaya yerləşdirildi
    

    İranda müxalifət lideri yenidən xəstəxanaya yerləşdirildi

    1-08-2017, 04:30
    Oxunub: 165
    Şərhlər: 0
    Çap versiyası
    İrandakı Yaşıl Hərəkatın tanınmış liderlərindən olan Mehdi Kərrubi yenidən xəstəxanaya yerləşdirilib.
    İranda müxalifət lideri yenidən xəstəxanaya yerləşdirildi
    agxeber.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə Kərrubinin oğlu Məhəmmədhüseyn Kərrubi jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, iyulun 30-u günortadan əvvəl atasının ürək döyüntüləri kəskin zəifləyib və səhhətində ciddi problemlər yarandığından, o, ETTELAAT əməkdaşlarının müşayiəti ilə yenidən Tehran xəstəxanalarının birinə aparılıb:

    “Atam hazırda Tehran xəstəxanalarından birinin reanimasiya şöbəsində həkimlərin nəzarətində saxlanılır. Onun ürək döyüntülərinin kəskin düşməsinin səbəbini öyrənmək üçün müayinə edəcəklər. Müayinə nəticəsində həkimlər onun ürəyində əməliyyat aparıb-aparmamaq barədə qərar verəcəklər”.

    Qeyd edək ki, Kərrubi iyulun 25-də də xəstəxanaya yerləşdirilmişdi.

    2009-cu ildə İranda hakimiyyətə qarşı Yaşıl Hərəkat başlayıb. Hərəkatın əsas liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi olub. Milyonlarla gənci öz ətrafında toplamağı bacaran hərəkatın qarşısı hökumət tərəfindən alınıb. Musəvi və Kərrubi sonradan həbs ediliblər. Hər iki siyasətçi ev dustaqlığı şəraitində yaşayır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.