Bakıda restoranların yeni ödəniş oyunu... » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Bakıda restoranların yeni ödəniş oyunu...
    

    Bakıda restoranların yeni ödəniş oyunu...

    5-08-2017, 02:43
    Oxunub: 208
    Şərhlər: 0
    Çap versiyası
    Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən restoranların yeni hesab fırıldaqları ilə bağlı xeyli sayda şikayətə rast gəlmək olur. Bildirilir ki, son zamanlar, xüsusilə də şəhərin mərkəzində fəaliyyət göstərən bəzi restoranlar insanların “ciblərinə girirlər”.
    Bakıda restoranların yeni ödəniş oyunu...














    agxeber.com xəbər verir ki Şikayətçilər musavat.com-a bildiriblər ki, bəzi restoranlarda menyudan əlavə sifariş olunan qidanın ümumi məbləğinin 10 faizi qədər əlavə ödəniş tələb olunur. Menyuda göstərilməyən bu ödənişin xidmət haqqı olduğu bildirilir. Şikayətçilər bildirirlər ki, konkret olaraq şəhərin mərkəzində yerləşən “Firuzə” restoranında bu cür ənənələr formalaşıb.

    Şikayətçi Tamerlan Ələkbərli bildirib ki, ötən gün restoranda 22 manatlıq sifariş verib, lakin hesab 25 manat 30 qəpik gəlib: “Bu barədə mənə öncədən heç bir məlumat verilməmişdi. Sifariş verdiyim qidaları menyuya uyğun olaraq hesabladıqda, əlavə məbləğin yazıldığını anladım. Məsələni aydınlaşdırdıqda isə bildirildi ki, bu, ofisiantın xidmət haqqıdır”.

    Oxşar şikayətlər digər restoranlardan da edilir. Məsələn ən çox adı hallanan restoranlar sırasında “Sultan” restoranını qeyd edə bilərik.

    Şəhərdən kənarda isə restoranların əksəriyyəti müştəriyə heç menyu da təqdim etmirlər. Sonda hesab vermək zamanı gəldikdən isə müştərilərdən əlavə pul alırlar.

    Məsələ ilə bağlı yuxarıda adıçəkilən “Firuzə” restoranı ilə əlaqə saxladıq. Restorandan bildirildi ki, doğrudan da müştərinin sifarişinin 10 faizini xidmət haqqı olaraq alırlar: “Bu barədə müştəriyə əvvəlcədən xəbərdarlıq edilir və menyuda da yazmışıq. Restoran sistemində belə bir hal mövcuddur. Avropanın hər yerində bu cür qaydalar var. Biz də həmin qaydalar üzrə işləyirik. Elə bir qeyri-adi hal yoxdur. Biz artıq bir ilə yaxındır ki, müştərilərdən bu cür xidmət haqqı alırıq”.

    Məsələ barəsində musavat.com-a danışan Natiq Cəfərli bildirib ki, əslində bu cür hallar dünyada mövcuddur. Lakin məsələ başqadır: “Konkret olaraq qanun yoxdur ki, ofisianta xidmət haqqı verəsən. Müxtəlif ölkələrdə fərqli ənənələr var. Hətta eyni ölkənin müxtəlif şəhərlərində belə, bəhs etdiyimiz məsələ ilə bağlı fərqli qaydalar mövcuddur. Məsələn, Vaşinqton restoranlarında xidmət haqqı kimi təqribən ümumi hesabın 15-20 faizi alınır. Belə bir ənənə var. Çünki məmur şəhəri olduğu üçün bir çox tələbələr orada yaşayan zaman ictimai iaşə müəssisələrində işlə təmin olunurlar. Sanki bir-birilərinə yardım kimi tələbələrin də işlədiklərini nəzərə alaraq, daha çox çay pulu verirlər. Ümumilikdə yazılmamış qanunlara görə, bir çox ölkələrdə sifarişin 10 faizi məbləğində çay pulu alınır. Azərbaycanda çox güman ki, bu ənənə olmadığı üçün bunu qayda formasına salmaq istəyib, qiymətin üzərinə gəliblər. Əgər belə bir hal varsa, müştəri öncədən xəbərdarlıq edilməlidir. Menyuda göstərilmirsə, müştəriyə şifahi, yaxud da yazılı şəkildə bildirilməlidir ki, sizdən əlavə xidmət haqqı tutulacaq. Müştəri bunu sonradan bilirsə, bu, istehlakçının hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər qeyd olunursa, burada ciddi qayda pozuntusu yoxdur”.

    Əli Rais,
    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.