• Rus Dili
  • Reklam
    » » Dünya pedofilləri çox sərt cəzalandırılır, Azərbaycanda isə....
    

    Dünya pedofilləri çox sərt cəzalandırılır, Azərbaycanda isə....

    5-08-2017, 04:24
    Oxunub: 283
    Şərhlər: 0
    Çap versiyası
    Onların cəzalandırılması üçün qanun sərtləşdiriləcəkmi?
    Dünya pedofilləri çox sərt cəzalandırılır, Azərbaycanda isə....
    Naxçıvanda 4 yaşlı uşağın zorlanması xəbərinin əks-sədaları hələ də davam edir. Hadisənin şoku bütün cəmiyyəti bürüməkdə ikən, bu sayaq hadisələrin təkrarlanmaması üçün çıxış yolları barədə müzakirələr də aktualdır. Ümumiyyətlə, son dövrlər Azərbaycanda uşaqlara qarşı seksual zorakılıq faktları artmaqdadır. Bunun bütün dünyanı bürüdüyü faktını nəzərə alanda həyata keçirilən cəzalar, bu situasiyadan çıxış yolları da müzakirə olunub.
    Dünya pedofilləri çox sərt cəzalandırılır, Azərbaycanda isə....
    Məsələn, Avstraliya dünyada pedofillərə səyahət məhdudlaşdırılması gətirən ilk ölkə olmağa hazırlaşır. Hökumətin hazırladığı plana görə, uşaqlara yönəlik cinsəl cinayətlərdən cəzaya məhkum olmuş şəxslərin pasportları üzərində prosedur aparılmır. Ədalət naziri Maykl Keenan alınacaq qərarın təxminən 20 min cinsi cinayətə əl atmış avstraliyalıya təsir edəcəyini söylədi. Plana görə, lazım gələrsə, pasportlara onların sahiblərinin pedofil olduğunu əks etdirən qeyd əlavə olunacaq.

    Nazir Keenan deyib ki, daha öncə heç bir ölkə cinsi cinayətə yol vermiş vətəndaşlarının, özəlliklə də uşaqların sui-istifadə edildiyi yerlərə getməsini dayandıracaq, belə bir güclü qərar qəbul etməyib.

    Rəsmi rəqəmlərə görə, keçən il 800-ə qədər cinsi cinayətdən hökm almış avstraliyalı başqa ölkələrə səyahət edib. Ölkədə 3 min 200 nəfər pedofilin pasport haqqı yoxdur, çünki daimi nəzarət altındadılar.

    Pedofillik daha çox kişilərdə müşahidə olunur. Nadir hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri olan pedofilliyin qurbanlarına çevrilmiş uşaqlar, psixoloji baxımdan müalicə olunmasalar, yetkinlik yaşına çatanda onlarda da pedofillik əlamətləri görünə bilir.

    Pedofilliyə meylli adam hər yaş qrupundan, hər bir peşədən, hər bir millətdən ola bilər. Sosial-iqtisadi təminatı çox yaxşı, çox pis də ola bilər. Araşdırmalar göstərir ki, pedofillər daha çox uzaq qohumlar və qonşular arasından çıxır.

    Dünya pedofilləri çox sərt cəzalandırılır, Azərbaycanda isə....
    Ümumiyyətlə, əksər Avropa ölkələrində pedofillərlə bağlı cinayət məcəllələrində bu kimi detallar yer alır.

    1. Uşaqlara yönəlik əxlaqsız hərəkətlərin elektron poçt, internet ortamlarında, cib telefonu mesajı ilə yayılması cəzaların artırılmasına səbəb olur.

    2. Cinsi istismar hərəkətlərinə kütləvi bayramların, tədbirlərin və ya mitinqlərin keçirildiyi yerlədə yol verənlər ikiqat artıq cəzalandırılır.

    3. Uşaqlara yönəlmiş cinsi istismar ittihamına məruz qalanlar ömür boyu uşaqlardan uzaq tutulur. Bu şəxslərin uşaqlarla bir arada olması lazım olan işlərdə çalışması qadağan olunur.

    Pedofil cinayətkarlarının cəmiyyətdən tamamən təcrid olunması müzakirə mövzusudur. Pedofiliya ilə ittiham olunanlara qarşı iki üsuldan istifadə olunur. Bunlardan biri dərmanlı üsul hələ də ABŞ-ın bəzi ştatlarında tətbiq olunmaqdadır. Buna görə xəstəyə ya 20 il həbs, ya da xədim variantı təqdim edilir. Çexiyada isə cərrahi kastrasiya tətbiq olunur. Pedofiliyada ittiham olunanların əməliyyatla testisləri götürülür.

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsində isə belə yazılıb: “Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

    Azərbaycanda da bununla bağlı müzakirələr intensivləşməkdədir. İnsanlarımız başda millət vəkilləri olmaqla, ümumən dövlətdən bu vəziyyətdən çıxış yolları istəyirlər. Hüseynov Müşfiq adlı vətəndaş sosial şəbəkədə yazdığı statusda bu vəziyyətdən çıxış yolu kimi millət vəkili Qənirə Paşayevadan yardım istəyib. O, Q.Paşayavaya müraciətlə aşağıdakıları yazıb: “Sizdən xahişim MM payız sessiyasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində pedofiliyaya ( uşaq zorlama) görə məsuliyyətin dəyişməsini, məhkumun qardaş ölkə Qazaxıstanda olduğu kimi kimyəvi yolla axtalanmasına qərar verilməsini yüksək səviyyədə səsləndirəsiniz. Bütün xalq və millət bunu istəyir. Sizə hər cür dəstək verərik. Bu iş artıq cığırından çıxmağa başlayıb. Əgər qəti və konkret tədbir görülməsə, çox körpələr fiziki və mənəvi zorakılığa məruz qalacaq».

    Xanım deputat isə baş vermiş hadisəni qınayaraq, özünün sosial şəbəkədəki hesabında bu fikirlərini paylaşıb: “Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam... 4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır. Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm.. Amma bu üçüncü dəhşətli hadisədir ki, keşkə ölüm hökmü olsaydı demişəm. Yəni o qədər dəhşət içərisindəyəm. Bu cür bir neçə rəzil, vəhşi məxluqların üzündən bir çox insanlar kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq.

    Bu adam bu hadisədən öncə də qeyri-normal həyat yaşayıb, içki aludəçisi olub, bir neçə gün əvvəl anası döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata döndərmək üçün işlər, tədbirlər artmalıdır, heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir. Məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqda daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır. Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi şou verlişlərə deyil, bu cür verlişlərə ehtiyacı var cəmiyyətin. Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə o dəqiqə bəzi sosial şəbəkə istifadəçiləri “Qənirə xanım siz lap dindar kimi danışırsınız” deyə yazdı.

    Bunun nə əlaqəsi var axı. Mübarizə aparmayaq uşaqlarımız alkol aludəçisinə çevrilsin, içərisində yırtıcı yatan bəziləri də alkoqolun aşırı dozası ilə vəhşiyə çevrilib övladlarımıza, ətrafa zərərmi vursun deməliydim. Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil. Yenə də deyirəm, əziz valideynlər, uşaqlarınızı spirtli içkilərdən, siqaretdən, narkotikdən və qumardan uzaq tutun. Əziz insanlar, ətrafınızda içki düşkünü, içib ailəsinə zərər verən, normal olmayan həyat tərzi sürən biri varsa, laqeyd olmayın, müvafiq qurumlara xəbər edin. Yerli qurumlar bu məsələlərə xüsusi diqqət edin. Çünki belələri hər an hər birimizin ailəsinə, övladına dəhşətli zərər verə bilər.

    Məncə, cəmiyyət olaraq bu xəbərdən dəhşətə düşüb, üzüldükdən sonra qısa zamanda unutmamalıyıq. Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyd yanaşmamalı, “mənə nə” deməməliyik. Bütün qurumlarımız, QHT, KİV-lərimiz, hamımız, bütün cəmiyyətimiz birlikdə daha çox çalışmalıyıq belə halların təkrarlanmaması üçün. Əziz körpə balamıza Allah yardımçı olsun. Ailəsinə bu acını aşa biləcək güc versin. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən “insan” isə layiq olduğu cəzanı çəkməlidir ki, bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun!"

    Sevinc TELMANQIZI
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.