Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında
    

    Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında

    6-08-2017, 01:44
    Oxunub: 189
    Şərhlər: 0
    Çap versiyası
    Xəbər verdiyimiz kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə ağır qəza törədib.
    Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında




























    Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb.
    Yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub. Onlar müxtəlif dərəcədə bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Belə ki, Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün “Baku Medikal Plaza”ya köçürülüblər.
    Onların vəziyyəti ilə bağlı xəstəxananın baş həkimin müavini Lalə Şəkərova ilə əlaqə saxladıq. O, “Qaynarinfo”ya açıqlamasında hər ikisinin vəziyyətinin ağır olduğunu bildirdi:
    “Hər ikisi dünən bizim xəstəxanaya qəbul olunub. Mutallib Tekiş hazırda reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var – politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb”.
    qaynar.infoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.