• Rus Dili
  • Reklam
    » » Yasamalda iki bina təcili sökülür
    

    Yasamalda iki bina təcili sökülür

    16-02-2016, 19:29
    Oxunub: 618
    Şərhlər: 0
    Çap versiyası
    Yasamalda iki bina təcili sökülür
    Bu gün Yasamal rayonu, M.A Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə rayon icra hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbəradlığı edilib. Xəbərdarlıqda bildirilib ki, binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb. Ödəniləcək kompensasiyaya görə isə 42 saylı MİS-ə müraciət etmək tövsiyyə olunub.

    Sakinlərin Femida.az -a verdiyi məlumata görə, xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, konpensasiyanın neçə ödənilməsi ilə bağlı heç bilgi verilməyib.

    Məlumatda o da qeyd olunub ki, söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan tikinti şirkəti “Kristal” MMC-dir.

    Bina sakinlərinin verdiyi məlumata görə, gözlənilmədən belə bir qərarın verilməsi və bir həftəyə mənzillərin boşaldılması olduqca çətin prosesdir. Üstəlik kompensasiyanın verilməsində də qeyri-müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti tələsik mənzillərindən çıxmaq niyyətində deyillər.

    Amma, bina sakinlərinə qəti olaraq bildirilib ki, sakinlər binaları tərk etməsə, işıq, su və qaz xəttləri kəsiləcək. Bu səbəbdən də hazırda bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaranıb.
    Yasamalda iki bina təcili sökülür
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.