• Rus Dili
  • Reklam
    » » Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    

    Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR

    7-08-2017, 03:44
    Oxunub: 277
    Şərhlər: 0
    Çap versiyası
    Hazırda dünyada müxtəlif növ nəqliyyat vasitələri mövcuddur. Bunların sırasında həm təhlükəli, həm də maraqlı bir nəqliyyat vasitəsi mövcuddur ki, bir çox insan ona minməyə risk etmir. Söhbət gəmilərdən, daha doğrusu, səyahət gəmilərindən gedir. Bu gəmilərin bir çoxu artıq səyahətini başa vurub, növbəti il üçün qeydiyyatlara başlayır. Bu gəmilərdə səyahət etməyin bir gecəsi min dollardan başlayır.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    Seabourn Ovation
    Bu gəmidə bir gecənin qiyməti 5,499 dollardır. Bu gəmi ilə Şimali Avropaya, İngiltərəyə və Aralıq dənizinə səyahət etmək mümkündür. Gəmi bu il səyahətə çıxmasa da 2018-ci il üçün qeydiyyatlara başlayıb. Gəmi olduqca müasir, lüks bir gəmidir. Bu gəminin ən çox sevilən özəlliyi personal xidmətidir. Belə ki, müştərilər səyahətə getmədən onlara təqdim olunan anketləri doldurur. Səyahət zamana müştərilərə xidmət edən ofisiantlar onların adlarını, hansı yeməyi sevdiklərini, nə içdiklərini və s. bu kimi müştəriyə məxsus özəllikləri bilir.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    Regent Seven Seas Explorer
    Bu gəmidə isə qiymətlər 6 min dollardan başlayır. Səyahət etdiyi ölkələr Afrika, Hindistan, Şimali Avropa, Güney Amerikadır. Bu gəmi də daha çox zəngin insanlar və məşhur müğənnilər səyahətə çıxır. Gəminin özəlliyi isə xüsusi olaraq “SPA”sı (masaj salonu) olmasıdır. Gəminin içində cəmi 375 lüks otaq var.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    Ponant Le Laperouse
    Bu gəmidə bir gecəlik istirahətin qiyməti 12,460 dollardan başlayır.
    Gəminin səyahət etdiyi ölkələr: İslandiya,Asiya,Seyşel adaları, Hindistan, Şri lanka, Yunanıstan, Misir, İtaliya, İspaniya, Aralıq dənizi və Skandinaviya…
    Bu gəminin özəlliyi isə onun alt hissəsinin şəffaf şüşədən hazırlanmasıdır. Belə ki, gəmi hərəkətdə olan zaman gəminin aşağı qatına enən müştərilər dənizi dibindəki yaşamı görmək imkanları olur.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    Royal Caribbean Harmony of the Seas
    Bu gəmi o birilərinə nisbətəfən daha ucuzdur. Qiyməti 699 dollardan başlayır. Səyahət etdiyi ölkələr Florida, Haiti, Yamayka, Meksika, Bahamas, St. Thomas, St. Kitts, Porto Riko və Sen Marten kimi yerlərdir. Bu gəmi dünyanın ən böyük gəmiləri sırasında ən öndə olanlardandır. Gəminin içində əyləcə üçün nəzərdə tutulmuş hovuzlar, futbol meydançası var. Hətta gəminin tam mərkəzində müştərilərin istirahəti üçün park da salınıb.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    MSC Seaside
    Bu gəminin qiyməti isə 449 dollaran başlayır.
    Səyahət etdiyi ölkələr: Sen Marten, Meksika və gəmini hazırlayan şirkətin özünə məxsus “CAY” adası. Bu gəminin özəlliyi isə içərisində olduqca çox sayda əyləncə mövcuddur. Gəminin içərisinin dizaynı da olduqca möhtəşəmdir.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    RMS Queen Mary 2
    Bu gəmidə səyahətin qiyməti isə 1579 dollaradır. Bu gəmi ilə tam bir dünya turuna çıxmaq mümkündür. Nyu-York, Hambur, Sidney və başqa bir çox ölkələri gəzmək imkanı olur. Bu dünya turu adam başına 183 min dollara başa gəlir. Bu gəmidə maraqlı özünə məxsus kinozalı fəaliyyət göstərir. Səyahət zamanı istədiyiniz hər filmə baxmaq mümkündür. Əlavə olaraq dəniz üzərindəki ən böyük şərab evi də bu gəmidədir.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    Norwegian Joy
    Bu gəmi nin bir gecəlik qitməti isə 569dollardan başlayır. Gəmi əsasən Yaponiyanın şəhərlərinə səyahət edir. “Ferrari” şirkəti ilə müqavilə imzalayaraq gəminin içərisində iki mərtəbəli bir avtodrom əyləncə mərkəzi hazırlanıb.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    “Norwegian Epic” gəmisində “Holy Ship” Elektron Musiqi Festivalı
    Bu gəminin bir gecəlik qiyməti isə 775-1525 dollar arasında dəyişir. Bu gəmi əsasən musiqi festivallarının keçirilməsi ilə məşhurdur. Okeanın tam ortasında adrenalini yalnız bu gəmidə yaşamaq mümkündür. Bu gəmidə səyahət edənlər sırasında dünyanın ən məşhur DJ-ləri də yer alır.
     Dünyanın ən bahalı səyahət gəmiləri: 183 min dollara dünya turu… – FOTOLAR
    agxeber.com
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.