• Rus Dili
  • Reklam
    » » Sekulyarlaşma və Müsəlmanlıq - Rəvan Şirvanini yazısı
    

    Sekulyarlaşma və Müsəlmanlıq - Rəvan Şirvanini yazısı

    7-08-2017, 23:11
    Oxunub: 810
    Şərhlər: 0
    Çap versiyası
    Sekulyarlaşma və Müsəlmanlıq - Rəvan Şirvanini yazısı

    Rəvan Şirvani.
    Ağ Partiya başqanının İdeoloji məsələlər üzrə müşaviri

    Sekulyarlaşma və Müsəlmanlıq.

    Bu gün dünyanın yüksək dərəcədə sekulyarlaşması, hər şeyin ölçüləbilir meyarlar istiqamətində dəyər qazanması bəlkə də insan oğluna rifah və konfort təmin elədi, lakin daha geniş və dərin anlamda insan oğlunun yalnızlaşmasına, özünə, öz daxilinə (iç dünyasına) yadlaşmasına gətirib çıxardı. Sadə dildə desək, sekulyarizmin pəncəsindəki modern elm əşyalar dünyasını öyrənməktədir, yəni loruca insan oğlunun xaricini (əşyalar dünyası) bilməsidir. Özü, daxili bilmə isə irfandır. Ölçüləbilirlik təməl, mütləq meyar qəbul edildiyi üçün irfan nəzərə alınmadı, önəmi düşünülmədi.
    Özünə, daxilinə yabancılaşan, yadlaşan insanoğlu vicdandan məhrum olduğu üçündür ki, ən yaxın insanlıq fəlakətini nəzərə alarsaq, 200-ə yaxın dövlətin BMT-də qarşı çıxmasına baxmayaraq bir təhlükəsizlik şurası üzv dövlətinin veto etməsiylə illərdir Suriyada savaş davam edir və minlərcə insan həlak olur. Çünki savaşın bu şəkildə və ya veto edən dövlətin istəmədiyi formada bitirilməsi o dövlətin maraqlarına ziddir. Yəni, uşaqların, qadınların, yaşlıların qısaca insanların və insanlığın ölməsi və ya öldürülməsi mühüm məsələ deyil, əsas bu vəya digər ölkənin maraqlarıdır. Nəticə, haqlı olanın güclü olması deyil, güclü olanın haqqlı olmasıdır.

    Burada hər hansı bir dövləti suçlamaq da mənasız və yersizdir. Çünki modern parametrlər istiqamətində bundan təbii və normal bir şey ola bilməz. Hətta bu politologiya, konfiliktologiya, beynəlxalq münasibətlər v.s kimi elmi müstəvidən yanaşılan, qiymətləndirilən bir sahədir. Məsələ dövlət və ya dövlətlər deyildir. Hətta onların hər hansı bir hadisə qarşısında yanaşma tərzləri də deyildir. Məsələ, qərb aydınlanması adı altında insanlığa mütləq “doğru” kimi sıranan təməl referans (istinad nöqtəsi) nöqtəsidir. Bu referans nöqtəsinin qaynağında deyilir ki, təbiətdə güclü olan gücsüzü yeyir. Dolaysıyla hər şey gücə xidmət etməlidir və edir. Haqq da ədalət də gücdür. Kim güclüdürsə o haqqlıdır. İnsan olma, vicdanilik və insanlıq romanlarda, filimlərdə anlatılan virtual vəya romantik bir məvhumdur.

    İnsanlığın və insan oğlunun varlığına təhdid və təhlükə törədən bu modern təfəkkür üçün İslam xaricində heç bir ideologiya, yanaşma və ya təfəkkür təhdid deyildir. Məhz bu səbəbdən olacaqdır ki, ölkələri işğal etmək, dünya resurslarını ələ keçirmək və bunlarla eyni paralellikdə düşünməyən dövlətləri öz yanlarına çəkmək üçün istifadə olunan terror təşkilatlarının adları belə “İslam” adı altında dünyaya təqdim olunur.
    Çünki, onlar da bilir ki, insanlığın, vicdaniliyin təbiətinə zidd olan “güclü olan haqlıdır” referansına qarşı çıxan yeganə ideologiya bazası, təfəkkürü yalnız İslamdır. Yalnız İslamda “haqlı olan güclüdür” prinsipi referans alınır və bunu Cənab-ı Allahın əmri kimi insanlara aşılayır. Dinindən, irqindən, inancından aslı olmayaraq bütün əzilən və məzlum xalqların da yeganə qurtuluşu və ümidi məhz İslami yanaşma tərzidir, islami iradədir.. . Lütfən, ümidi və qurtuluşu yanaşmasını əsla müsəlman olmaq kimi nəzərə almayın. Nəzərə alın ki, referansında “haqlı olan güclüdür” prinsipi bütün əzilən və məzlum xalqları üçün də havadır, sudur. Hətta dünya barşı üçün də yeganə yanaşma tərzi İslamdır.
    Bu gün mübarək dinimizin modern məqsədlər istiqamətində dəyişdirilməsi və sekulyarizmin parametrlərinə uyğun adaptasiya olunması üçün çox böyük cəhdlər və cərəyanlar ortaya çıxmaqdadır. Bu tərz yanaşmalar hər bir müsləman və İslam təəssübkeşini narahat etməli və bu sahə üzərinə baş yormalarına təşviq etməlidir.

    Bu tərz yanaşmalara qarşı illərdir mübarizə aparan və bu sahə haqqında əsaslı yanaşma və təhlillər ortaya qoyan türk mütəfəkkir Yusuf Kaplanın son yazısı da “modern məqsədlər” haqqındadır.
    Yusuf Kaplana görə sekulyarlaşma forması müsləman bir cəmiyyətə xaricdən idxal edilən bir kültürəl (mədəni) deqredasiya formasıdır. Yəni, yeni bir müstəmləkə formasıdır. Əvvəllər, silah və topla olunan müstəmləkə forması indi demokratiya çətiri altında həddindən artıq sekulyarlaşma ilə aparılmaqdadır. Bu yeni müstəmləkə formasına görə, öncə media (KİV, sosial media v.s) vasitələri ilə zehinlər işğal olunur. Sekulyar yaşama, duyma və baxış perspektivləri ilə daha rahat və hətta aldadaraq kölələşdirilmə prosesi aparılır. Məhz buna görə biz müslümanlar sekulyarlaşdıqca, sürətli şəkildə İslami dəyərlərimizi bir-bir itiririk. Sekulyarlaşdıqca İslami həssasiyyətlərimiz deqradasiya olur və addım-addım yox olma təhlükəsi ilə qarşı qarşıya gəlirik.
    Yazara görə bu bir ontoloji yox olma prosesidir.

    YOX OLMANIN İŞARƏlƏRİ!

    Y. Kaplana görə, İslamla əlaqələri “sıfırlanmış” yeni bir nəsil yaradılmaqdadır. Qısaca sıfır. Sadəcə istehlak çılğınlığı arxasınca gedən, kariyerİZMə, pula sitayiş edən, eqoizmin pəncəsində qıvranan, media, virtual dünya, film, futbol, kimi həyatın hər sahəsini formalaşdıran bütün macəralarda hərəkət, həzz və “qız/oğlan tutma” arxasınca gedən, həssasiyyətlərini itirmiş, dünya məsələlərinə yadlaşan, düşünmə fəsilləri dikbaşlılığa, inada çevrilmiş, məsuliyyət anlayışı sıfırlanmış, bu ölkə və bu ölkənin min illik mədəniyyət təcrübəsinə aid olma və mənsubiyyət forması yerlə bir olmuş, hər şeydə ölçüsü Avropa və Amerika olan, beyni yuyulmuş yeni bir yoxolma nəslidir bu.
    Qısacası, gənc nəsillər göz görə-görə həm zehin həm də vücud olaraq ölməyə doğru getməkdədir. Bunun qarşısında isə sadəcə bizə seyr etmək qalmaqdadır.
    Yazara görə, bu hal intihardan fərqlənmir. Çünki bu, bir cəmiyyətin sadəcə bügünü deyil, həm də sabahının addım-addım yox edilmə prosesidir.
    Eqoizm və karyerİZMin meyvələri olaraq cəmiyyətdə boşanma rəqəmləri durmadan artmaqdadır. Narkomaniya istifadəsi pik həddə çatmışdır.
    Cəmiyyətin bütün təbəqələri konformistləşməkdədir... Oportunizm pik nöqtəyə çıxmaqda, hamı üçün öz mənfəəti ön plandadır.
    Qardaşlıq, yardımlaşma, qənatkarlıq, təvazökarlıq, fədakarlıq, qədirbilmə kimi əsas və qurucu dəyərlərimiz yox olmağa başlamışdır.

    YENİDƏN MÜSƏLMANLAŞMAZSAQ YOX OLARIQ!

    Nə etməli!?

    Yazara görə, edə biləcəyimiz şey açıq-aydın ortadadır. Yenidən müslümanlaşmalıyıq. Özümüzü yeniləməliyik, Bismillah deyərək hərşeyə yenidən, təravətli bir ruhla, həyəcanla başdan başlamalıyıq. Müsəlman olmanın bir nemət olduğu reallığını prinsiplərimizə qədər hiss edərək, sarsılmaz prinsiplərimizi yenidən həyata keçirməliyik. Müsəlman olma intuziazmini dopdolu yaşayaraq bunu digər müsəlman qardaşlarımızla paylaşmalıyıq.

    İSLAM CƏMİYYƏTLƏ YAŞANIR VƏ CƏMİYYƏTLƏ YAŞAYAR VƏ HƏRKƏSİ YAŞATIR!

    Yazara görə yenidən müslümanlaşmaq cəmiyyətləşmə ilə mümkün olacaqdır. İslam peyğəmbəri (SAV) aləmlərə rəhmət olaraq göndərilmişdir. Peyğambər olmadan rəhmət təcəllisi olmur. Rəhmət isə cəmiyyətləşmədə ortaya çıxar. Cəmiyyətləşmə hər yöndən rəhmətin qaynağıdır.
    Məhz buna görə üç müsəlman bir araya gələndə cəmiyyət olmaları üçün əmr vardır. Və bir cəmiyyət əsla sadəcə özünü düşünə bilməz. Bu cəmiyyətləşmə ruhuna tərs hərəkətdir. Belən olan halda haqqıyla cəmiyyət olmaq mümkündür. Məhz bu zaman Allahın rəhməti ortaya çıxar. Bu zaman qardaşlıq bağları yaşarar, qapalı qapılar açılar və könül coğrafiyası inşa edilər.

    DÜNYANI ONTOLOJİ YOX OLMA FƏLAKƏTDƏN İSLAMİ CƏMİYYƏTLƏR XİLAS EDƏCƏK.

    Kaplana görə, yenidən müsəlmanlaşmanın yolu mövcud cəmiyyətlərin haqqıyla təkrar yenidən cəmiyyət olmalarından keçməkdədir. Unutmamaq lazımdır ki, ayağımızı basa biləcəyimiz yer qalmamışdır. İki əsr öncə orbitimizi itirmişik. Ayağımızı basdığımız yer çox sürüşkəndir və biz davamlı sürüşüb yıxılma təhlükəsi ilə yaşayırıq. Hər cür hücum və təhlükəyə qarşı bizi həqiqətə bağlaya biləcək, dimdik ayaqda tutacaq, bir-birimizə bağlanmağımızı təmin edəcək möhkəm bir yer, bir sütun, bir resurs olmalıdır. Burda, bu yer, sütun, resurs cəmiyyətlər olmalıdır. Hətta qlobal sistemin köləsi halına gəlmiş, İslamı daxildən dəyişdirmə missiyası verilən FƏTÖ teror təşkilatı və bu tərz təşkilatlar heç olmamalıdır.
    Əksinə siyasəti, paranı, dünyanı nizama gətirəcək doğruluğa, səmimiyyətə, fədakarlığa, əziyyətə, ümidə və perspektivə sahib olan cəmiyyətlər olmalıdır. Bizə yeni Qazalilər, Rəbbanilər, İbn Arabilər, Yunuslar, Mövlanalar, İtrilər, Sinalar, Şeyx Qaliblər, Əbdülhəmidlər yetişdirmək üçün bu yola baş qoyacaq səhih cəmiyyətlər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.