• Rus Dili
  • Reklam
    » » “Təsəvvüf” nədir? - Prof.Dr.Ebubekir SOFUOĞLU (Tərcümə)
    

    “Təsəvvüf” nədir? - Prof.Dr.Ebubekir SOFUOĞLU (Tərcümə)

    10-08-2017, 17:16
    Oxunub: 536
    Şərhlər: 0
    Çap versiyası
    “Təsəvvüf” nədir? - Prof.Dr.Ebubekir SOFUOĞLU (Tərcümə)

    Yazar
    : Prof.Dr.Ebubekir SOFUOĞLU
    Tərcümə: Rəvan Şirvani

    Son zamanlar ağır hücumlara tuş gələn “Təsəvvüf” elmi çox da doğru anlaşılmamışdır. Bu yazını da illərdir “Təsəvvüf” tarixi ilə maraqlandığım və Rəbbimin köməyi ilə yaxşı bir “Mütəsəvvüf” olma cəhdiylə yazmağa çalışacam. Çox təssüf ki, “Mütəsəvvüf” deyiləm və kaş ki, ola bilsəydim. İnşallah Rəbbim qismət edər və bu lütfü bizdən əsgirgəməyəcək.

    Dərviş Yunusun dediyi kimi:
    “Ya Mövlam Hu Mövlam
    Eşqini bizə ver Mövlam”

    Rəbbim eşqini bizə verəcək inşallah!

    Öncəlklə qeyd edim ki, “Təsəvvüf” iddia edildiyi kimi Hind mistisizmi deyildir. Və Şərqdən Avropaya bir çox rituallar gəlmiş ola bilər, lakin Şərqdən yəni Çindən, Hindistandan bizə heç bir şey keçməmişdir. Nəzərə alsaq ki, alçaqlıq (aşağılık) kompleksi içində olduğumuz (mən deyiləm, çünki mən müsəlman bir Şərqliyəm) və hər şeyimizi Qərbdən almağa fokuslaşdığımız üçün Hindistandan və Çindən alma ağıldan belə keçməmişdir. Dolaysıyla, “Təsəvvüf”ün köklərində hind mistisizmi axtarmaq doğru deyildir.

    O halda “Təsəvvüf” nədir?

    Öncəliklə, “Təsəvvüf” Eşqdir. Məcburi olmayan, könüldən gələn eşq. “Təsəvvüf” İslam şəriətindən əsla ayrı deyildir. “Təsəvvüf” ə daxil olmanız üçün sizə tövsiyyə olunur və ya dəvət edilə bilərsiniz. Daxil olmanız əsla məcburi deyildir. Çünki zorla “Təsəvvüf” olmaz. Lütfən “Təsəvvüf” kimi görünən məcburi dəvətləri təsəvvüfün əslindən saymayın. “Təsəvvüf” könüldən olmalıdır.

    İslamın şərtləri bəllidir. Bir müsəlman üçün İslamın şərtlərini yerinə yetirmək fərzdir. Cənab-ı Allah Casiyə surəsi 19.cu ayətdə belə deyir: Çünki onlar Allahdan gələcək heç bir şeyi səndən uzaqlaşdıra bilməzlər. Şübhəsiz zalımlar, bir-birilərinin dostudurlar. Allah isə dindarların dostudur.
    Tam da burada “Təsəvvüf” bu hədəfə yəni müsəlmanı dindar olmağa yönləndirir. Bu hədəf istiqamətində də müsəlmanın könlünə yönəlir. Lakin bu nöqtədən sonra “Təsəvvüf” bir çox tənqidə məruz qalır. İslam şəriətindən uzaqlaşmaqla günahlandırılır. Bütün tənqidləri tək-tək ələ alacağıq, lakin “Təsəvvüf” zərrə qədər İslamdan kənara çıxmır və çıxa bilməz. Çıxarsa “Təsəvvüf” olmaz və ola bilməz.

    Bir müsəlmanın Allah eşqindən gözlərinin yaşarması, bir ananın körpəsinin rəsminə baxaraq ağlaması ilə eynidir. Bir insanın sevdiyi birinin adını davamlı xatırlaması, zikr etməsi bir möminin Allahın adını anması və zikr etməsi kimidir. Və Allahı zikr edərkən gözlərinin dolmasıdır “Təsəvvüf”.

    Borc aldığınız şəxsə borcunuzu ödəmək fərzdir. “Təsəvvüf” isə o şəxsin o yaxşılığını unutmamağın xaricində, imkan daxilində ona daha çox qarşılıq verməkdir. Sizə ziyan vuran bir müsəlman qardaşınızı İslam hüququna görə Qazıya şikayət etməniz sizin haqqınızdır. “Təsəvvüf” isə bu müsəlman qardaşınızı bağışlamağınızdır. Bu yanaşma, haqqınızı yedirtmək deyildir.

    Gözəl bir xəbər eşitdiyinizdə, həyacandan zövqlə havaya atılmaq, yanındakına sarılmaq, bəlkə də qeyri-iradi qəribə hərəkətlər nədirsə, Allahın isimlərindən birini Allah eşqiylə tələffüz etmək eynidir.

    Yəni, təsəvvüfün İslam mədəniyyətinə aid tövsiyə və nəticələrini hər bir insan normal həyatda edir və ya edə bilər. Çox istədiyiniz körpənin yanaqlarını sıxmaq, ürəyinizi yarıb içinizə qoyma kimi ona sarılmaq, hətta bəzən yüngülcə dişləmək normal davranışdırmı? Deyildir.
    Və zərər verməmək şərtiylə, bu cür hərəkətləri daima edirik. Bundan zövq alırıq hətta körpədən uzaq qaldığımızda onun üçün darıxırıq. Varsa foto və videolarına baxırıq, gözlərimiz yaşarır, hətta yanımızda kim olmasından asılı olmayaraq bəzən onun adını belə sayıqlamaya başlayırıq. Fotosuna baxaraq onu əzizləyər, telefonla zəng edib səsini duymağa çalışarıq.
    Lütfən söyləyin, bunlardan hansı biri anormaldır, qəribədir? Bunlardan hər hansısa birini etmədikmi?
    Artığı və əksiyi ilə “Təsəvvüf” budur.

    “Təsəvvüf”, müsəlmanı İslam şəriətindən azdırmadan Allaha daha çox yaxınlaşmasının yoludur.

    “Kim mənim vəli quluma düşmənçilik edərsə mən də ona savaş elan edərəm. Qulumu mənə yaxınlaşdıran şeylər arasında ən çox xoşuma gedəni ona fərz etdiyim vəzifələri icra etməsidir. Qulum mənə nafilə ibadətlərlə yaxınlaşmağa davam edərsə ən sonunda mənim sevgimə nail olar. Onu bir dəfə sevdimmi artıq onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, danışdığı dili olaram. Məndən bir şey istəyən kimi onu ona dərhal verərəm. Mənə sığındığı zaman onu himayə edib qoruyaram. ” (Buxari, Rikak 38.)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.