• Rus Dili
  • Reklam
    » » “YouTube” üçün rəqib gəldi – “Facebook”un yeni layihəsi
    

    “YouTube” üçün rəqib gəldi – “Facebook”un yeni layihəsi

    11-08-2017, 00:47
    Oxunub: 167
    Şərhlər: 0
    Çap versiyası
    “Facebook” şirkəti tərəfindən yeni təqdim edilən “Watch” xidməti “YouTube”un analoqu olacaq.
    “YouTube” üçün rəqib gəldi – “Facebook”un yeni layihəsi
    “Facebook” sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir.
    “Facebook Watch” servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa, gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər.
    Bü gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün əlçatandır və gələcəkdə bütün dünya üçün əlçatan olacaq.
    İnternetdə yüksək rəqabətli olan video bazarı “Facebook” üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55%-ni alacaqlar.
    Artıq şirkət “Vox Media”, “BuzzFeed”, “ATTN”, “Group Nine Media” və başqaları ilə əməkdaşlıq etməyə başlayıb. Yeni xidmət üçün “National Geographic”in verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır.
    “Facebook” şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız “YouTube” ilə deyil, həm də “Netflix”, “Disney” və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.
    qafqazinfo.azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.