• Rus Dili
  • Reklam
    » » "Qərb dünyasının çöküşü" - Alper Tan (Tərcümə)
    

    "Qərb dünyasının çöküşü" - Alper Tan (Tərcümə)

    12-08-2017, 21:58
    Oxunub: 534
    Şərhlər: 0
    Çap versiyası
    "Qərb dünyasının çöküşü" - Alper Tan (Tərcümə)

    Qərb dünyasının çöküşü

    Yazar: Alper Tan (KanalA Haber yazarı)
    Tərcümə: Rəvan Şirvani

    Artıq illərdən bəri davam edən soyuq müharibə isti bir müharibəyə dönməyə başladı. ABŞ rəhbərliyindəki xaçlı dünyası düşmən kimi gördüyü zəyif dövlətlərə NATO kimliyi altında müharibə elan edib, bu müharibəni “beynəlxalq müdaxilə” adı altında “legitimləştirir”. Hərbi və ictimai yöndən güclü olan dövlətlər ilə isə, mərd şəkildə müharibə elan etməyi gözə ala bilmədiyinə görə öz əlləri ilə yaratdıqları “terror təşkilatı” görüntülü “podraçı ordularla” müdaxilə edirlər. Bunun ən bariz nümunələri, FƏTÖ, PKK, DHKP-C, Boko Haram və bunlara bənzər “terror təşkilatları” əslində ABŞ, Avropa və İsrailin “podraçı illeqal ordularıdır”.

    ABŞ konqresinin qərarı ilə PKK-ya 1000 TIR silah dəstəyi artıq bu reallığın inkar edilməz halıdır. Əslində isə bu hal ABŞ və Avropanın əxlaqən, hərbi və iqtisadi yöndən batmaqda olduğunun elanıdır.

    ABŞ Hərbi Strateji Araşdırmalar İnstitunun keçən həftə(iyulun son həftəsi)hazırladığı raporta əsasən, dünyadakı ABŞ hegemoniyası sürətlə çökməyə başlamışdır.

    Qərbin strateji üstünlüyünü itirdiyini söyləyən Pentaqon raportu isə Qərbdə başlayacaq bir daxili müharibəyə diqqət çəkməktədir. Raporta görə Qərb üçün əsl riskin, sürətlə inkişaf edən Rusiya və Çinin olmadığı əksinə “Ərəb baharı” tərzi hadisələrin Qərbdə ortaya çıxma ehtimalıdır.
    Eyni günlərdə, BMT Yaxın Şərq üzrə sülh prosesi kordinatoru Mladenovun sözləri bu raportları dəstəkləyən mahiyyətdə idi. “Heç kim bu yaşananların lokal hadisə olduğu fikrinə inanmasın. Hadisələr bir neçə yüz kvadrat metrdə baş versə belə milyonlara təsir edir. Yaşanan hadisələr dünyanı fəlakətə götürəbilər ”.

    Yenə keçən həftə (iyulun son həftəsi) İsrailin sabiq XİN Tzipi Livni də, Məscid-İ Aksadakı təhlükəsizlik tədbirləri ilə bağlı İsrail dövlətinin etdiyi taktiki dəyişikliklərin işləri daha da çətin hala gətirdiyini və İsrailin bunu dərhal dayandırmasını söylədi. İsrail ordu radiosundakı çıxışında Livni belə xəbərdarlıq etmişdi: “Fələstinlilər ilə olan qarşıdurmamız , İsrail dövlətinə qarşı müsəlmanları birləşdirəcək mövqenin bir addımlığındadır”.

    Bu hadisələrdən sonar İsrail höküməti Məscidül-Əqsaya tətbiq etdiyi blokada üçün geri addım atdı. Hətta İsrailin sionist baş naziri Benyamin Netanyahu diqqət çəkəcək bu ifadəsində belə dedi: “Mən də cəmiyyətimizin hissləri ilə eyni mövqedəyəm. Duyğu və düşüncələrinizi anlayıram. Məscidül-Əqsa girişində tətbiq etdiyimiz təhlükəsizlik tədbirlərini ləğv etmək çətin məsələdir. Ancaq İsrailin təhlükəsizliyi məsuliyyətini çiynində daşıyan bir baş nazir olaraq qərarları soyuqqanlı və şüurlu bir formada almaq məcburiyyətindəyəm. Bu qərarı fotonun bir qisminə deyil tamamına baxaraq, ictimai rəyin xaricində, açıqlaya bilməyəcəyim çətinlikləri və təhdidləri nəzərə alaraq verdim.” Demək ki, rəsmi Tel-Əviv bu günə kimi heç görmədiyi bəzi şeyləri görməyə və ya hiss etməyə başladı.

    ABŞ və Avropa sürətli halda həm yalnızlaşır həm də zəyifləyir. Amma bunu ört-basdır etmək üçün hərbi gücə daha çox ağırlıq verir və beynəlxalq arenada kobudlaşır. Əslində bu hal, qorxu və əndişənin yansımasından irəli gəlməktədir.

    Bu günə qədər ABŞ və Rusiya BMT-dəki nəticəsi olmayan didişmələrlə Suriyadakı insanlıq qətliamını bərabər təşviq edirdilər. Lakin, bu nəticəsiz didişmələr son zamanlar da artıq həqiqi savaş fazasına keçdi. ABŞ, Rusiyaya iqtisadi embarqolara başladı. Putin isə buna cavab olaraq 755 ABŞ diplomatını Rusiyadan qovur. Və əlavə olaraq Putin “heç bir şeyi cavabsız qoymayacayıq” dedi.


    Amerikan hökümətinin azğınlığı və təcavüzkarlığı üzündən , Vaşinqton bu günə qədər “müttəfiq” dediyi ölkələrə düşmən halına gəldi. Pew Research Center-in araşdırmasına əsasən, dünya üzərində ABŞ-ı ən böyük düşmən olaraq görən ölkə 72% ilə Türkiyədir. Digər tərəfdən siyahının ilk dördündə ABŞ-ın “müttəfiq” dediyi ölkələr yer tutmaqdadır. Cənubi Koreyanın 70%-i, Yaponiyanın isə 62%-i ABŞ-ı ən böyük düşman olaraq görməktədir.
    Araşdırmaya əsasən Meksika və Kanada xalqı sərhəd qonşusu ABŞ-ı Rusiya və Çindən daha təhlükəli görməktədir. ABŞ-ı dost olaraq görən iki ölkə isə Polşa və İsraildir.

    ABŞ artıq siyasi, hərbi və bürokratiya kadrları yönündən də üfunətli hala gəlmişdir. Trump davamlı olaraq kadr dəyişikliyi aparmaqdadır. Bu elə bir hala gəldi ki, Amerikan başqanı “Ağ Ev həqiqətən bir zibillik” deməkdən geri durmadı.

    Qərb dünyası əxlaqi və ictimai yöndən də sürətlə bataqlığa doğru gedir. OECD-nin “Ailə Məlumat Bazası” raportuna görə xaçlı dünyası əxlaqən çökmüşdür. Bu raporta əsasən, ABŞ və Avropanın yarısının atası müəyyən deyil. Amerika və Avropa qitələrindəki evlilik xarici doğum 50%-in üzərindədir. Evlilik xarici doğuma görə ABŞ və İngiltərə 40.2%, Almaniya 35%, Hollandiya 48.7%, Belçika 52.3%, Fransa 56.7%, Meksika 64.9%, Çili 71.1%-dir.

    Digər tərəfdən özünü dünyanın lideri zənn edən ABŞ, öz prezidentini istefaya göndərmək üçün düyməyə basdı. Artıq, Trumpın günləri sayılmağa başlayır. Yavaş-yavaş Trumpı mühakimə edəcək hakim heyətləri yaradılmağa başlandı.

    Bütün bu olanları niyə yazırıq bilirsinizmi!?

    Ona görə ki, dünya balansı dəyişir və hər növ neqativ hadisələrə baxmayaraq dövran yenə də dönməktədir. Gəlin aşağılıq komleksindən özümüzü xilas edək, özümüzə güvənək. Bacara biləcəyimizə inanaq. Cinahlarımızı bir-birinə yaxınlaşdıraq və XXI əsrə damğamızı vuraq.

    İslam ümməti və məzlum xalqlar bizdən bunu gözləyir.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.