• Rus Dili
  • Reklam
    » » Şeyx Şamil əfsanəsi və Qazavat ideologiyası - Xəyal Vidadioğlunun yazısı
    

    Şeyx Şamil əfsanəsi və Qazavat ideologiyası - Xəyal Vidadioğlunun yazısı

    13-08-2017, 14:39
    Oxunub: 1 257
    Şərhlər: 0
    Çap versiyası
    Şeyx Şamil əfsanəsi və Qazavat ideologiyası - Xəyal Vidadioğlunun yazısıDeyirlər insan psixalogiyasının, insan xarakterinin formalaşmasında yaşadığı mühitin də, təbiətin də rolu az olmur. Əslində mən bu fikirlə razıyam. Çünki bu fikrin bariz nümunələrindən biri də dağlı xalqlarıdır. Hansı ki, məğrurluğuyla, cəsarətiylə o uca dağların məğrurluğunu özündə əks etdirən, sərt xarakterləri dağ iqliminin sərtliyi ilə bütünləşən dağlı xalqları. Avarlarla həm qohum, həm dost olduğumdan misilsiz qonaqpərvərliklərinin, mərd dostluqlarının özüm şahidi olmuşam. Böyüyə, kiçiyə nöqsansız hörmət, ağsaqqal sözünün kəsəri, Din-iman müqəddəsatına sadiqlik, adət-ənənələrə, milli dəyərlərə bağlılıq hələ də bu xalqlarda təqdirəlayiqdir.

    Əfsanəvi Şeyx Şamil də məhz bu xalqın, bu dağların oğludur. Şeyx Şamil Əfəndi 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Milliyyətcə Avar olan Şeyx Şamil rus istilasina qarşı mübarizə aparan Dağıstanın üçüncü İmamı olsa da, məhz Şeyx Şamil Dağıstanın əfsanəsi olaraq tarixə adını qızıl hərflərlə yazdı. Şeyx Şamil döyüşçü kimliyi ilə yanaşı İslami elmləri də kamil şəkildə bilən bir rəhbər idi. Şeyx Şamil təhsilini kəndlərindəki mədrəsədə alır. Ş.Şamilin həm müsəlman, həm də Qazavat lideri olaraq yetişməsində Şeyx Məhəmməd Yaraqvinin rolu danılmazdır. Bir maraqlı fakt da odur ki, Şeyx Məhəmməd Yaraqvinin Şeyxi isə azərbaycanlı Nəqşibəndi Mürşidi Şeyx İsmayıl Kürdəmiridir. Qazavat dağlı xalqlarının rus imperiyasına qarşı mücadələlərinə verdikləri addır. Qazavat idealogiyasının motor gücü Nəqşibəndi təriqəti olsa da, bu idealogiyanı alovlandıran məhz Şeyx Məhamməd Yaraqvidir.

    Şeyx Şamil əfsanəsi və Qazavat ideologiyası - Xəyal Vidadioğlunun yazısıÜrəyi iman eşqi ilə döyünən, ruhları Allah sevgisi ilə saflaşan dağlılar nəhəng bir imperiya qarşısında cəsur ve bacarıqlı döyüşçü olduqlarını da bütün dünyaya isbat etdilər. Normal məntiqlə düşünsək dünyəvi qanunlarla kiçik dağlı xalqlarının nəhəng imperiyaya qarşı 25 ildən artıq dirənişi nəinki ağlasığmazdır, hətta böyük imperiyanı sarsmaq, titrətmək normal dünya qanunu və məntiqiylə mümkünsüzdür. Ancaq Şeyx Şamil və Dağlı müridlərin əfsanələşməsi bu mümkünsüz dünya qanunlarını paramparça etmeklə həqiqət tapdı. Şeyx Şamil və Dağlılar mümkünsüzlük anlayışını keçib böyük rus imperiyasını sözün əsil anlamında 25 ildən artıq titrətdi. Tarixi ekspertler hələ də Şeyx Şamilin döyüş taktikasının sirlərini aça bilməməklə təəccüüblərini gizlətmirlər. Çünki Qazavat ağıl və məntiqin susub, iman, inam və cəsarətin hayqırdığı tarix səhnələri idi.

    Şeyx Şamilin Surxay qalasından bir ordu əsgər arasından sağ çıxması, kitablara sığmayacaq Axulqo döyüşündən bütün mühasirələrə, tədbirlərə rəğmən keçilməz çayları keçib mühasirədən qurtulması, böyüklükdə Şimali Qafqazla müqayisə edilməyəcək böyük Rus İmperiyasına illərlə qan uddurması ancaq və ancaq saf Allah eşqindən, qüvvətli imandan alınan cəsarətin təzahürüdür.

    Şeyx Şamil əfsanəsi və Qazavat ideologiyası - Xəyal Vidadioğlunun yazısıŞeyx Şamil ruslarla Qazavat boyu təəssuf ki, heç bir Müsəlman dövlətdən lazımı dəstəyi ala bilməyib. Hətta bu illər ümid etdiyi Osmanlı Dövlətinin də daxili problemlərdən zəif dövürlərinə təsadüf edir. Qazavat Şeyx Şamilə nüfuzlu bəzi naiblərin xəyanəti və uzun müharibə illərindən xalqın yorğunluğu nəticəsində zəyifləyir. Şeyx Şamil və müridləri Qunib kəndində uzun mühasirədə qalan Şeyx Şamilin önünü kəsən qadınların və uşaqların başsız qalıb rusların əlinə keçmə qorxusu idi. Osmanlıya azad gedəcəkləri haqda ruslarla saziş bağlasalar da ruslar vədə xəyanət edir, sözlərində durmur. Şeyx Şamilin əsarəti ilə demək olar Qazavat da sona çatır. Şeyx Şamil Həcc səfərində Mədinədə vəfat edir ve "Cənnətul-Baqi" qebirstanında dəfn edilir. Şamilin ömrünün sonunu müqəddəs torpaqlarda keçirmək arzusunun gərçəkləşməsində Osmanlının ruslarla apardığı danışıqlar böyük rol oynayıb. Şeyx Şamilin bir oğlu rus imperiyasında qalsa da, digər oğlu Məhəmməd Qaziyə Osmanlı sahib çıxır və yüksək hərbi vəzifə belə verir. Hal-hazırda Türkiyədə Şeyx Şamilin nəvələri yaşayır.

    Əfsanəvi Şeyx Şamil nəinki Avar xalqının, Dağıstanın, Çeçenistanın, Qafqazın, mən deyərdim bütün İslam dünyasının qəhrəmanıdır. Böyük qəhrəmanların ölmədiyi, qəlblərde yaşadığı kimi Şeyx Şamildə illərdir hər kəsin, hər bir müsəlmanın qəlbində yaşayır, daim böyük sevgi və rəğbət hissiylə anılır. İnanıram ki, böyük Şeyx Şamil mübarizə ve igidlik rəmzi, iman və İslam timsalı olaraq da gələcək nəsillər tərəfindən daim yad ediləcək...

    Yazar: Xəyal Vidadioğluскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.