• Rus Dili
  • Reklam
    » » “Qarabağ” çox keyfiyyətli komandadır” – “Kopenhagen”in baş məşqçisi
    

    “Qarabağ” çox keyfiyyətli komandadır” – “Kopenhagen”in baş məşqçisi

    15-08-2017, 01:55
    Oxunub: 202
    Şərhlər: 0
    Çap versiyası
    Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Stole Solbakken “Qarabağ”la Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransına qatılıb.
     “Qarabağ” çox keyfiyyətli komandadır” – “Kopenhagen”in baş məşqçisi
    agxeber.com report.az-a istinadən xəbər verir ki, Təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.
    – Tempratur normaldır. Deyilənə görə, meydança da çox yaxşıdır. Rəqibimiz çox keyfiyyətli komandadır. Ev oyunlarında çox yaxşı çıxış edirlər. Son üç mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.
    – Heyətdəki problemlər “Kopenhagen”ə necə təsir edə bilər?
    – Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.
    – “Qarabağ”ın hansı özəlliyi sizi daha çox narahat edir?
    – Rəqibin hücum “üçlüy”ünü qeyd edərdim. Onların hər biri oyunun taleyini həll edəcək futbolçulardır. Lakin biz sabah yalnız onlara qarşı deyil, komandaya qarşı oynayacağıq.
    – 1996-cı ildə Norveç millisinin heyətində Azərbaycan yığmasına iki qol vurmuşdunuz və həmin matçda Qurban Qurbanov da iştirak edirdi. Bu oyunu xatırlayırsınız?
    – Karyeram boyunca çoxlu qollar vurmuşam, hamısını xatırlaya bilmirəm (gülür). Ancaq həmin qollar yadımdadır. Çünki millidə çıxış etdiyim ilk vaxtlarda vurmuşam. Daha çox 1997-ci ildəki 1:0 hesablı qələbəni xatırlayıram. Həmin vaxt mundiala vəsiqə qazanmışdıq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.