• Rus Dili
  • Reklam
    » » Rusiya daha bir ölkədə “sözəbaxmayan” hökuməti devirməyə hazırlaşır
    

    Rusiya daha bir ölkədə “sözəbaxmayan” hökuməti devirməyə hazırlaşır

    15-08-2017, 02:00
    Oxunub: 151
    Şərhlər: 0
    Çap versiyası
    Moldovanın rusiyameylli prezidenti İqor Dodon hökuməti kütləvi aksiyalar yolu ilə devirməyə hazır olduğunu elan edib.
     Rusiya daha bir ölkədə “sözəbaxmayan” hökuməti devirməyə hazırlaşır
    agxeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, Dodon bu haqda özünün “Facebook” səhifəsində bildirir. “Mən ölkədə sülhün və milli təhlükəsizliyin təmin olunması üçün sərt hərəkətlər etməyə hazıram”-Dodon bəyan edib.
    Prezident Moldovanın qərbyönümlü hökumətini devirmək üçün fasiləsiz aksiyalar və Böyük xalq yığıncağı təşkil etməyə hazırlaşdığını bildirir. “Biz Moldova xalqı ilə birlikdə bütün səyləri bu hakimiyyəti bütün yollarla devirməyə, o cümlədən fasiləsiz etiraz aksiyalarına və Böyük xalq yığıncağının çağırılmasına yönəldəcəyik”-Dodon bildirib.
    Moldova prezidenti qeyd edib ki, əgər “xaricdən motivasiya alan” hökumət parlament çoxluğu ilə birlikdə ölkəni regional hərbi münaqişənin iştirakçısına çevirməyə çalışacaqsa o, öz tərəfdarlarını küçəyə çağıracaq.
    Bu günlərdə Dodon bildirib ki, ABŞ Moldova ərazisində 7 hərbi obyekt tikməyə hazırlaşır . Elə həmin gün “Rossia Today” telekanalı ABŞ-ın Moldova ərazisində hərbi obyektlər tikmək üçün podratçılar axtardığını xəbər verib. Habelə bu günlərdə Moldova hökuməti Rusiya baş nazirinin müavini Dmitri Roqozinin ölkəyə daxil olmasına icazə verməyib və onu “arzuolunmaz şəxs” elan edib. Əvəzində Dodon Rusiyadan hökumətin bu addımına görə üzr istəyib.
    Moldova parlament respublikasıdır və hazırda parlamentdə çoxluq qərbyönümlü qüvvələrin əlindədir. İqor Dodon isə prezident seçiləndən sonra Moldovanın istiqamətini Rusiyaya tərəf çevirmək üçün əlindən gələni edir. Bu məsələdə hökumətlə prezident arasında münaqişə yaşanır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.