• Rus Dili
  • Reklam
    » » Baş məşqçi: "Qarabağ"dan belə oyun gözləyirdim"
    

    Baş məşqçi: "Qarabağ"dan belə oyun gözləyirdim"

    16-08-2017, 00:05
    Oxunub: 143
    Şərhlər: 0
    Çap versiyası
    Nəticədən narazıyam. Oyunun son yarım saatı ürəyimcə olmadı. "Qarabağ"dan belə oyun gözləyirdim. Son 30 dəqiqədə “Qarabağ”ın üstünlüyü vardı.
    Baş məşqçi: "Qarabağ"dan belə oyun gözləyirdim"
    agxeber.com report.az-a istinadən xəbər verir ki, bunu Danimarka “Kopenhagen”inin baş məşqçisi Stole Solbakken Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının ilk pley-off matçından sonra mətbuat konfransında deyib.

    49 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə cavab görüşündə də qol vurmaq imkanı yaratmayacaqlarını bildirib: "Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa, favoritdir. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər. “Qarabağ” qol vursa, daha yaxşı üstünlük əldə edəcək. Amma buna imkan verməməyə çalışacağıq".

    Solbakken “Qarabağ”ın azarkeş dəstəyi sayəsində qələbə qazandığını da vurğulayıb: "Əlbəttə, bu, böyük oyun idi. Azarkeşlərin dəstəyi hiss olunurdu. Məncə, “Qarabağ” onların sayəsində qələbə qazandı".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.