• Rus Dili
  • Reklam
    » » “Ramillə bağlı nə demişəmsə, üstündə dururam”
    

    “Ramillə bağlı nə demişəmsə, üstündə dururam”

    16-08-2017, 00:36
    Oxunub: 164
    Şərhlər: 0
    Çap versiyası
    Altı il qabaq verdiyim müsahibələri çıxarıb deyirlər ki, o vaxt belə demisən. Nə demişəmsə, üstündə dururam. Altı il öncə Ramil fərarilik edib. Mən bunu təkrar edirəm. Onun bu gün dünya çempionu olmasına bunun heç bir dəxli yoxdu. Bəli, Ramilə qaçmağı biz öyrətmişik.
    “Ramillə bağlı nə demişəmsə, üstündə dururam”
    agxeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.

    “Bu sözlər Ramilin idmançı olaraq deyil, onun şəxsiyyəti ilə əlaqəlidir. Məndən soruşanda ki, onda hər hansı bir uğur, nəticə alına bilərmi? Deyirdim yox. Çünki olmurdu. 2015-ci ilə qədər onun yaxşı bir nəticəsi olmamışdı.

    Ramil Azərbaycanda ilk dəfə olaraq 19 yaşlı idmançı olaraq heç bir nəticə əldə etməsə də, cənab prezidentimizin göstərişi ilə evlə təmin olunub.

    O öz müsahibəsində deyir ki, o pulu ancaq klubdan alır. Bəli, bütün dünyada belədir. Bizdə də maaşını “Neftçi”dən alırdı. Heç kimdən əskik maaş almayıb”.

    Xatırladaq ki, bir neçə il öncə Çingiz Hüseynzadə verdiyi müsahibəsi zamanı Ramil Quliyevi fərari adlandırmış, onda türk qanının olmadığını bəyan etmiş, ölkəyə qayıdacağı təqdirdə qəbul olunmayacağını açıqlamışdı.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.