• Rus Dili
  • Reklam
    » » Alper Tan : 1400 illik təcrübə “uydurulmuş din”, Oryantalistlərin fikirləri “göndərilmiş din”, elə mi!? - Tərcümə
    

    Alper Tan : 1400 illik təcrübə “uydurulmuş din”, Oryantalistlərin fikirləri “göndərilmiş din”, elə mi!? - Tərcümə

    17-08-2017, 18:15
    Oxunub: 707
    Şərhlər: 0
    Çap versiyası
    Alper Tan : 1400 illik təcrübə “uydurulmuş din”, Oryantalistlərin fikirləri “göndərilmiş din”, elə mi!? - Tərcümə

    Qərblilər digər bütün dinləri məqsədləri doğrultusunda dəyişdirdilər sadəcə İslamı dəyişdirəbilmədirlər. Məhz, buna görə müstəmləkə aydınları(içimizdəki sapı bizdən, təfəkkürü onlardan olan) vasitəsiylə İslamı daxildən məqsədləri doğrultusunda dəyişdirmə proyektini həyata keçirdilər.

    Hədəf: Peyğəmbərsiz İslam Proyekti!

    Müstəmləkə aydınları 1400 illik böyük, samballı elm, irfan və hikmət təcrübəsini “uydurulmuş din” deyə ləkələyərək, oryantalistlərin(qərbin emperyalist şərqşünast aydınları) fikirləri doğrultusunda icad elədikləri din anlayışlarını “göndərilmiş din” deyə insanlara sıramağa çalışırlar.
    Əsas heyrətləndirici olan isə, öz ölkələrində oryantalistlərin podraçılığını edən bu müstəmləkə aydınları bu dayaz fikirlərin bir növü alıcılarıdır(mühakiməsiz qəbul etmə).

    Qərb Mədəniyyəti: Tanrıya, Həqiqətə, Təbiətə və İnsanlığa qarşı!
    Öncəliklə hamılıqla bunu bilməliyik ki, Qərb mədəniyyətinin orjinində(istinad nöqtəsi) Tanrıya, həqiqətə və təbiətə qarşıqoyma mövcuddur. Bu səbəplə bütün insanlığa və mədəniyyətə qarşı hücum etməsi normal və təbiidir. Elə məhz bu səbəbdən bütün dünya feli olaraq müstəmləkə halına çevrildi, bütün mədəniyyətlərin kökü qazındı vəya fissiləşdirildi və tarixdən silindi.
    Və mövcud gəlinən posmodern zamanda Tanrı və həqiqət fikri də yox edilərək ortadan qaldırıldı.
    Nəticədə dünya, bir tərəfdən nisbiləşmə və nihilizm çuxuruna tərəf gedərkən, digər tərəfdən Qərblilər tərəfindən meşə qanunları ilə idarə olunmağa başladı. Fəlsəfi olaraq tıxanan və öz ölümünü ört-basdır etmək istəyən Qərb təfəkkürü dünyaya çəki düzən vermək üçün “vəhşilər”, “başqaları” icat eləməyə dayanmadan davam etməktədir.
    Öncə Feeli İşğal Daha Sonra Zehni İşğal Dövriyyəyə Buraxıldı!
    Bütün bu hücumların ən böyüyü İslam dünyasına edilən hücumlardır. Bu hücumlar iki şəkildə ortaya çıxmaqdadır.
    Birincisi, dünənə qədər feeli olaraq İslam dünyasını işğal edib İslam mədəniyyətini tarixdən sildilər.
    İkincisi isə, bugünlərdə davam edən zehni işğaldır. Xüsusiylə aydınların, oxuyan və yazan kütlənin zehinləri işğal altındadır.
    Qərbdən gələn çox yönlü hücumlar nəticəsində çox təəssüf ki, göyqübbəmiz çökmüşdür. Demək olar ki, İslam mədəniyyəti tarix səhnəsindən çəkilmişdir. Müslümanca duyma, hiss etmə və düşünmə qabiliyyətimizlə bərabər müslümanca yaşama zəminimizi də itirmişik.
    Qərb mədəniyyətindən gələn bu iki tərəfli hücum(həm feeli həm zehni) bizi həm deqradasiyaya həmdə ürpərtən aşağılıq kompleksinə məruz bıraxdı. Xüsusiylə bu deqradasiya və aşağılıq kompleksi İslam dünyasının inteligensiyasında apaçıq ortaya çıxmışdır.

    İki Növ Müstəmləkə Aydını!

    Birincisi, metamorfoz(başqalaşan) tipli aydın. Bu tip aydınlar öz mədəniyyətindən və dolaysıyla özündən nifrət edən, Qərbə platonik aşiq olanlardır. Cəlladına aşiq qurban tərzi inteligensiya.
    İkincisi isə, həm öz dəyərlərini, dolaysıyla özünü, həm də Qərbi tanımada aciz olan, görüntüdə yerli lakin həqiqətdə öz məsələlərinə belə Qərb perspektivindən baxan növ aydınlardır.
    Bu növ aydınlar, yaşanılan ontoloji yox olma məsələlərində belə çıxış yolunu Qərb yanaşmalarında axtaran yerli inteligensiyadır. Bu inteligensiya, qarşılaşdığımız əsas, ana məsələlərdə belə yeganə çıxış yolu olaraq oryantalistlərin proyektlərini və həll yollarını cəmiyyətə təqdim təqdim etməkdən əsla geri qalmırlar.
    Məsələn, İslam mədəniyyətində İmam Azam, Gazəli, Razi, Cürcani, Rəbbani kimi mütəfəkkirlərin əməyinin qarşılığında ortaya qoyduğu 1400 illik mədəniyyətimizin elm, irfan və hikmət təcrübələrini “uydurulmuş din” olaraq ləkələyib, hətta Qərb düşüncəsində qarşılığı belə olmayan, İslamı fosilləşdirmək və daxildən yox etmək üçün oryantalistlər tərəfindən icad edilən üçüncü tərz səviyyəli İslam anlayışlarını isə “göndərilmiş din” göstərəbilməktədirlər.

    Zehni Modern Xurafatlar ilə Dolu Olanlar Bizə Bir Şey Verəbilməzlər!

    Daha öncədə dediyim kimi, bizim mənbələrimizdə əsla bir məsələ yoxdur. Məsələ bizim qafamızdadır. Bizim məsələmiz mənbələrimizlə və dünya ilə olan münasibətlərimizdədir. Qafamız çox qarışıqdır və modern xurafatlar zibilliyinə dönübdür. Ən bədbəxt tərəfi bunun fərqində belə deyilik.
    Dolaysıyla, hər kim İslamın mənbələrini problemli və bu mənbələrin təkrar qiymətləndirilməsi gərəkliliyini söyləyirsə, bilin ki, əslində o şəxsin qafası sual altındadır. Bu şəxsin və yanaşma tərzinin qiymətləndirilməsi lazımdır.
    Xülasə, zehni modern xurafat zibilliyinə dönən şəxslər əsla bizə, zehin və üfqümüzü aydınlatacaq, yol göstərəcək bir şey söyləyəbilməzlər.
    “Ağlınızı işlədin” deyərək önünə çıxana söz deyən lakin başqalarının və oryantalistlərin ağılları və yönləndirmələriylə hərəkət edən bu şəxslərin nə qədər dayaz olduqları, öz ölkələrində oryantalistlərin könüllü xidmətkarlığını elədikləri ortaya çıxmaqdadır və hər zaman çıxacaqdır. Sadəcə bu prosesdə bunların mədəniyyətimiz açısından dağıdıcı təxribatlarına imkan verilməməlidir.

    Vəssalam.

    Tərcümə etdi Rəvan Şirvani.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.