• Rus Dili
  • Reklam
    » » Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək
    

    Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək

    19-08-2017, 02:02
    Oxunub: 103
    Şərhlər: 0
    Çap versiyası
    İyunun 29-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.
    Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək
    agxeber.com xəbər verir ki, Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 19 məsələ müzakirə olunacaq.

    Əvvəlcə Azərbaycan Respublikası Ali, Bakı Apellyasiya, Gəncə Apellyasiya, Sumqayıt Apellyasiya, Şirvan Apellyasiya, Şəki Apellyasiya məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məsələlər nəzərdən keçiriləcək.

    Deputatlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Əmanətlərin sığortalanması haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar. Həmçinin Su və Miqrasiya məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılacaq.

    Bundan başqa, iclasda “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılacaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.